Əsas Səhifə > Reklam / Manşet / Güney Press / Cəmiyyət > "Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?"

"Nə vaxta qədər pul oğurlamağa davam edəcəksiniz?"


Bu gün, 08:21

"Şikayətim "Azercell"dəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bir il əvvəl, heç bir kampaniya kodu yığmadığımız halda sadə "knopka"lı telefonda olan nömrəni "kinon plus" abunəliyinə qoşub, ən az 5-6 manatımı yedikdən sonra müştəri xidmətləri guya mənim nömrəmi kampaniyadan çıxarıb qara siyahıya salmışdı ki, bir də belə abunəliklərə qoşulmasın.

 Bu gün baxıram, yenə nömrədə "kinon plus"u aktiv edilib və gündəlik pul çıxmağa başlayıblar. Bu nömrəni ildə bir dəfə qara siyahıya salmalıyıq ? Nə vaxta qədər siz nömrənin sadə telefonda olduğunu bilərək, "nə də olsa yaşlı insanlar mesaj bölməsinə baxmırlar", deyib məhz o telefonlarda olan nömrələri boş-boş kampaniyalara qoşub pul oğurlamağa davam edəcəksiz? Sadə telefon nədi "kinon plus"da tv kanallar abunəliyi nədir?"


Geri qayıt