Əsas Səhifə > Reklam / Güney Press > Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib


26-02-2026, 12:03

Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Abidə önünə gül dəstələri düzülüb, Xocalı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub.
1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Bu faciə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar xüsusi amansızlıqla qətlə yetirilib.
Xocalı qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların acısı bizim ortaq kədərimizdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Geri qayıt