Əsas Səhifə > Reklam / Güney Press > “Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verdi
“Bakcell” və “Peerstack Academy” “The Tech Builders” layihəsinə start verdi19-02-2026, 15:24 |
|
İnnovasiya lideri “Bakcell” və “Peerstack Academy” gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən “The Tech Builders” layihəsinə start verib. "DİA-AZ" xəbər verir ki, layihə çərçivəsində “Peerstack Academy”də tələbələrlə görüş keçirilib. Tədbirdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib. “Bakcell” olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. “Peerstack Academy” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “The Tech Builders” layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik”, – deyə Aysel Süleymanova bildirib. Tələbələrlə görüşdə “Bakcell” əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və “Peerstack Academy” tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub. “Peerstack Academy”nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Geri qayıt |