Əsas Səhifə > Reklam / Güney Press > “Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu
“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək oldu17-02-2026, 17:24 |
|
Sərfəli mobil operator “Nar” “Qaranlıqdan sonra…” adlı sosial təşəbbüsə dəstək göstərib. “DİA-AZ” xəbər verir ki, layihə Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən sığınacaqda yaşayan uşaqların yaradıcılıq potensialının üzə çıxarılması, özlərinə inamlarının artırılması və cəmiyyətə inteqrasiyasının təşviqi məqsədilə təşkil olunub. Tədbir çərçivəsində uşaqların istifadə olunmuş materiallardan hazırladıqları əl işlərindən ibarət sərgi təqdim edilib. Yararsız hesab edilən sap və digər materiallara ikinci həyat verilməsi həm ekoloji yanaşmanı, həm də uşaqların yaradıcı baxışını əks etdirib. “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaqların təhlükəsiz mühitdə inkişafını, təhsilə çıxış imkanlarının genişləndirilməsini və həssas sosial qrupların cəmiyyətə inteqrasiyasını prioritet istiqamətlərdən biri hesab edir. Şirkət bu kimi təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı təşviq etməklə yanaşı, gələcəyin sağlam və özünəinamlı nəslinin formalaşmasına töhfə verməyi hədəfləyir. Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir. Geri qayıt |