Əsas Səhifə > Reklam / Güney Press > İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir3-02-2026, 07:15 |
|
İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən təqaüd proqramı gənclər arasında böyük marağa səbəb olur. "DİA-AZ" xəbər verir ki, innovasiya, süni intellekt və müasir rəqəmsal bacarıqların inkişafına yönəlmiş təqaüd proqramına artıq 800-dən çox gənc müraciət edib. Qeyd edək ki, təqaüd proqramı gənclərin innovativ potensialını gücləndirməyi, onları süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn sahələri üzrə praktiki təlimlər və real bacarıqlarla gələcəyin peşələrinə hazırlamağı hədəfləyir. Təşəbbüs ümumilikdə 150 gəncin inkişafına və yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verəcək. 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərə sahib olan gənclər, bu fürsəti qaçırmayın. Təqaüd proqramına http://youthfoundation.az/ saytı vasitəsilə müraciət edərək gələcəyinizi bu gündən formalaşdıra bilərsiz. Xatırladaq ki, qeydiyyat üçün son tarix 16 fevraldır. Bakcell olaraq, Gənclər Günü münasibətilə ölkəmizin bütün gənclərini təbrik edir, onların innovasiya və biliklə formalaşan uğurlu gələcəyinə töhfə verməkdən qürur duyuruq. Geri qayıt |