Əsas Səhifə > Reklam / Manşet / Güney Press > "6 gb interneti 10 dəqiqəyə bitirməyim üçün nə etməliyəm ki..."

"6 gb interneti 10 dəqiqəyə bitirməyim üçün nə etməliyəm ki..."


3-01-2026, 09:48

Özünü ölkənin "ən böyük mobil operatoru" adlandıran, əslində isə ən xırda problemlərin əlində aciz qaldığı şübhə doğurmayan və abunəçilərinə az qala hər addımda əlavə problemlər yaradan "Azercell"dən şikayətlər durmadan artır. "DİA-AZ" xəbər verir ki, artıq sözügedən mobil operatordan olan şikayətləri toplasan, dastan bağlamaq olar...

Bu dəfə narazılıq edən Bəhruz İsmayılzadə adlı sosial şəbəkə istifadəçisi özünün səhifəsində belə yazır:

"Azercell bir dənə mənə maraqlı olan sual budur. 6 gb interneti 10 dəqiqəyə bitirməyim üçün nə etməliyəm ki bitsin? 

Siz bir vətəndaş olaraq öz telefonunuzda bunu bacara bilərsiniz?"

Göründüyü kimi, yenə də abunəçi "ən böyük mobil operator"un vətəndaşı internet bəhanəsi ilə talamasından gileylənir...


Geri qayıt