Əsas Səhifə > Reklam / Manşet / Güney Press > AZERCELL cibimizə belə girir...

AZERCELL cibimizə belə girir...


20-12-2025, 07:42

"Növbəti biabırçılıq "Azərcell"də aşkar edildi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Deməli, atamın nömrəsindən dayanmadan 0.35qəpik çıxırmış.5 manat kontur bir gündə yoxa çıxıb.Çox da başı çıxmır ,gələn smslərə də baxmır deyə fərqində olmayıb. Araşdırdım və məlum oldu ki, güya ki,dil öyrənmə xidməti üçün aktivləşdirib atamın özü. Axtarışa verdim,baxdım ki bildir.az saytında nə qədər belə şikayət var imiş. Hərəyə bir kod verilir ki, güya hansısa xidməti aktiv edib. Nə oldu bu millət kütləvi surətdə dil öyrənmə xidmətinə qoşuldu? Ayıbdır. Bunlardan hara yazmaq olar. Axı bu qədər şikayət niyə cavabsız qalıb? Bu işin sonu harda dayanacaq?.."


Geri qayıt