Əsas Səhifə > Reklam / Güney Press > "Rəsmi kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil!

"Rəsmi kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil!


16-12-2025, 11:38

"Çox vacib bir məlumatı diqqətinizə çatdırmaq istərdik…" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Veysəloğlu Şirkətlər Qrupu nun Mətbuat Xidmətinin rəhbəri Məhəmmədəli Qəribli qeyd edib.
O daha sonra bildirib: "Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
• Şübhəli linklərə daxil olmamaq;
• Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
• Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.
"OBA" Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır..."

Geri qayıt