Əsas Səhifə > Reklam / Manşet / Güney Press > "Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?"
"Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır?"Bu gün, 09:50 |
|
“Azercell” ən pis xidmət göstərən operatordur. Tribuna-nın məlumatına görə, bu sözləri sosial şəbəkə hesabında vəkil Vamiq Şükürov yazıb. O bildirib ki, “Azercell” onun hüququnu pozur: “Təxminən 5 gün əvvəl “Azercell” nömrəmi “Bakcell”ə keçirmək üçün müraciət etmişəm. “Bakcell” sistemi sorğunu göndərib, lakin müddəti keçməsinə baxmayaraq “Azercell” üzərinə düşən proseduru yerinə yetirməyib.
Mən niyə gözləməliyəm? Texniki səhvə görə niyə mənim haqqım pozulmalıdır? Tələb edirəm ki, bu məsələ dərhal icra olunsun. Əks halda, hüquqi qaydada məhkəməyə müraciət edəcəyəm”. Geri qayıt |