Əsas Səhifə > Reklam / Güney Press > "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi

"Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi


Bu gün, 14:45

"Veysəloğlu Şirkətlər Qrupu"na (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi Zəfər Günü və Vətən Müharibəsinin 5 illiyi münasibətilə şirkətin şəhid olan əməkdaşlarının ailələrini ziyarət edib.

Ziyarətlərdə "Araz" supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək onların rifahı ilə maraqlanıblar.

Valideynlər və ailə üzvləri "Araz" supermarketlər şəbəkəsinin bu diqqət və qayğısını yüksək qiymətləndiriblər. Onlar bildiriblər ki, şirkət daim şəhid ailələrinə hörmət və mənəvi dəstək göstərir.

Qeyd edək ki, "Araz" supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə müxtəlif orden və medallarla təltif ediliblər.

Hazırda şirkətdə 300-ə yaxın Vətən Müharibəsi iştirakçısı fəaliyyət göstərir.


Geri qayıt