Əsas Səhifə > Reklam / Güney Press > “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklərBu gün, 12:35 |
1 oktyabr – 1 dekabr 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası, həmçinin Bakı və Gəncə şəhərlərində yerləşən “Bakcell”in xüsusi xidmət mərkəzlərinə müraciət edən “Naxtel” abunəçiləri mövcud nömrələrini öz adlarında saxlayaraq “Bakcell” şəbəkəsinə keçid edə bilərlər. Bu barədə "DİA-AZ"a "Bakcell"dən məlumat verilib. Bildirilib ki, “Bakcell” şəbəkəsinə keçid edən abunəçilər mövcud tariflərlə yanaşı, yalnız “Naxtel” abunəçiləri üçün nəzərdə tutulan özəl kampaniyadan da faydalana bilərlər. “GO” tariflərinə qoşulan abunəçilərə 12 ay müddətində özəl endirimlər təqdim olunacaq:
Qeyd edək ki, abunəçilər xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatı linkə keçid edərək əldə edə bilər. Geri qayıt |