Əsas Səhifə > Reklam / Manşet / Güney Press > "Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz"
"Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz"Bu gün, 17:31 |
""Azercell" şirkətinin operatorları heç bir işə yaramırlar. Sistemdə olan problemlərdən, müştərilərin balansından itən ödənişlərdən xəbərsizdirlər. 1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam. Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil". O bildirib ki, dünən gecə operatordan şikayətinin qeydə alınmasını istəyib və menecerlerden birinin onunla əlaqə saxlamasını xahiş edib: "Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışıb, əsəblərimi pozub. Mən 20 ildən çoxdur ki, "Azercell"in müştərisiyəm. Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur. Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz". Geri qayıt |