Əsas Səhifə > Reklam, Manşet, Güney Press > `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR...

`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR...


Bu gün, 08:14
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR...
"Hörmətli "Azercell" sizə bildirmək istəyirəm ki, işğaldan azad olunmuş torpaqlarda yox, Bakı şəhəri Binəqədi rayonu Nurlu yaşayış massivində şəbəkəniz işləmir..." Dia-az.Media xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında ictimai fəal Zaur Talıblı giley edir.

Narazı vətəndaş daha sonra əlavə edir: "Bəlkə bura xariçi dövlət ərazisidi ya hansısa başqa obyektdi?

Sadəcə onu bildirmək istəyirəm ki, sizin şəbəkənin tutması üçün gərək ya Xırdalana, ya da Biləcərinin mərkəzinə gedək...

Bəlkə buna bir açıqlama verəsiniz?"

Dia-az.Media bildirir ki, ümümiyyətlə, bu qəbildən olan gileylər son günlər daha çox müşahidə olunsa da, nədənsə "Azercell" abunəçilərə hansısa izahat verməyə tələsmir və yaxud da ehtiyac duymur. Bunu elə öz açıqlamasında digər bir ictimai fəal Zaur Hüseynov qeyd edir. O bildirib:

"Nə işdisə evin içində şəbəkə yoxdur... çıxırsan çölə olur. Mane olan hava limanındakı radiotezliklərdisə, gərək ki ətraf radiusda ümumiyyətlə, şəbəkə olmasın.

1 ilə yaxındır ki, "Azərsel"in əməkdaşları hələ də sualımı konkret əsaslarla cavblandıra bilmirlər..."

Geri qayıt