Əsas Səhifə > Cəmiyyət > ELDAR ƏZİZOVUN GƏLHAGƏLİDİR

ELDAR ƏZİZOVUN GƏLHAGƏLİDİR


26-09-2012, 11:40
ELDAR ƏZİZOVUN GƏLHAGƏLİDİR

İCRA BAŞÇISI ATƏŞFƏŞANLIQDAN DA PUL ÇIXARIR

Bu gün Sumqayıtda “Şəhər günü” keçiriləcək. Modern.az-ın məlumatına görə, bir neçə aydır ki, tədbirə hazırlıqlar aparılırdı.

Ötənilki kimi “Şəhər günü”nün qeyd olunmasına Sumqayıtın qədim yaşayış məskəni Corat qəsəbəsindən başlanılacaq və tədbir yeni istifadəyə verilən Bayraq meydanında davam etdiriləcək. Bununla bağlı Corat qalasının bədii-tərtibat işləri sona çatdırılıb. Coratda qala divarları tikilib, qədim gəmi səhnəsi qurulub, bazar meydanı açılıb. Qəsəbədə başlanacaq tədbirdə toplardan atəş açılacaq, bayram üçün xüsusi hazırlanmış nəhəng Corat qutabı kəsiləcək və uzaq keçmişdə Qafqaz Albaniyasında olmuş Roma sərkərdəsi simvolik Pompey öz qoşunu ilə bayrama qatılacaq.Qeyd edək ki, tədbirlər axşam geniş bayram konserti və əsrarəngiz atəşfəşanlıqla sona çatacaq.

"Olaylar" bildirir ki, bu atəşfəşanlıqdan Eldar Əzizov cibinə nə qədər qoyub – həmin faktlar açıqlanacaq.

Geri qayıt