Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCAN FRANSANI SATIN ALMAĞI BACARIB

AZƏRBAYCAN FRANSANI SATIN ALMAĞI BACARIB


26-09-2012, 11:28
AZƏRBAYCAN FRANSANI SATIN ALMAĞI BACARIB

ERMƏNİPƏRƏST DÖVLƏT KİMİ TANINAN FRANSA BUNDAN SONRA NƏ EDƏCƏK?

DİA.AZ: - «İranın Azərbaycana qarşı düşmən mövqedə dayanması tək Güney Azərbaycan məsələsilə bağlı deyil». Bu sözləri DİA.AZ-a diplomatik qaynaqlardakı mənbəmiz deyib.

Onu da qeyd edək ki, son illərdə fars-molla rejimi Azərbaycana qarşı düşmənçilik əhval-ruhiyyəsindən doğan addımlarını daha da artırıb. Bu gün Azərbaycanda böyük təsir rıçaqları əldə edən rəsmi Tehran həm bank sektorunda, həm ayrı-ayrı iqtisadi sahələrdə və həm də elə siyasətdə qərarlaşa bilib ki, bütün bunlar da əslində Azərbaycanın dövlətçiliyini təhdid edən bir hal kimi qəbul edilməkdədir.

Davamlı olaraq Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən İrana aid casus şəbəkələrinin ifşası da təsdiqləyir ki, fars-molla rejimi ölkəmizə və millətimizə qarşı düşmən siyasətindən vaz keçməyəcək. Bundan əlavə, rəsmi Tehranın on minlərlə şiə Azərbaycan türkünün qanını axıdaraq müsəlman Qarabağı işğal etmiş düşmənimiz Ermənistanla həddən-ziyadə isti münasibətləri ilə də əslində Azərbaycanla bağlı siyasətində hansı prizmadan çıxış etdiyini tam şəkildə ortaya qoymaqdadır. Yəni burada İranın İslami dəyərlərə heç bir önəm verməyərək, sırf fars millətçiliyi maraqlarından çıxış etməsi qabarıq şəkildə hiss olunandır ki, bu da İranın iddia etdiyi «İslam Respublikası» adının dırnaqlar arasına düşməsinə gətirib çıxarır.

Redaksiyamıza məlumat verən mənbə isə bildirir ki, təbii ki, belə olan şəraitdə rəsmi Bakının fars-molla rejiminə adekvat reaksiyalar verməsi gərəkir və bu kimi addımlar artıq atılmaqdadır.

Məlumat üçün bildirək ki, hər zaman Qərb tərəfindən İrana qarşı sanksiyalar tətbiq olunanda bu məsələyə Avropa ölkəsi olan Fransa olduqca soyuq yanaşmaqla yanaşı, İranla olan əlaqələrindən vaz keçmirdi və ümumQərb marağından hər zaman kənarda qalırmış kimi davranırdı. Amma bu gün Fransanın prezidenti Fransua Olland açıq şəkildə bəyan edir ki, onlar da İrana qarşı sanksiyalara qoşulmağa hazırdırlar.

O da məlumdur ki, İranla ticari əlaqələrinə görə Fransa ilk yerlərin birində dayanır və bu gün İran Fransaya əsas olaraq neft və qaz ixrac etməkdədir. O zaman sual yaranır, nədən Fransa belə bir qərara gəlsin? Yəni rəsmi Paris fars-molla rejiminin neft-qaz sazişlərinə son qoya biləcəyindən ehtiyatlanmırmı?

Buna izahat verən mənbəmiz bildirir ki, artıq fransızların belə bir qayğısı yoxdur. Çünki Fransa İran neftinə alternativ tapıb: «Artıq Azərbaycan Fransanın İrandan asılılığını aradan qaldıra biləcək imkanda olduğundan rəsmi Parisin rəhbəri belə bir qərarı açıqlayıb».

Mənbəmiz bildirir ki, Fransua Ollandın məlum açıqlamasının prezident İlham Əliyevin Paris səfərindən sonraya təsadüf etməsi də diqqətdən kənarda qalmamalıdır: «Fransada Azərbaycan prezidenti çox mühüm qərarlara imza atıb və bu qərarlar əslində Fransa kimi bir ermənipərəst dövlətin Azərbaycan tərəfindən satın alınmasına bərabər bir hadisədir».

Məlumatlı qaynağın sözlərinə görə, əslində ilk baxışdan bəziləri bu addımı qınaya bilər: «Amma burada Azərbaycanın və eləcə də Türk Dünyasının maraqları açısından atılan çox mühüm qərar var. Gələcəkdə Fransa Azərbaycan neftinin girovuna çevriləcək. Necə ki, dünənə qədər İrana qarşı sanksiyalarda fransızların iştirak payı sıfıra bərabər idi, indi də fransızları ermənilərə bağlayan körpülərin yandırılması yolunda çox ciddi proseslərə start verilə bilər».

Geri qayıt