Əsas Səhifə > Siyasət, Manşet > QAZAXDA ŞIDIRĞI İCRA NÜMAYƏNDƏSİ BİZNESİ

QAZAXDA ŞIDIRĞI İCRA NÜMAYƏNDƏSİ BİZNESİ


26-09-2012, 09:37
QAZAXDA ŞIDIRĞI İCRA NÜMAYƏNDƏSİ BİZNESİ

NƏDƏN İCRA BAŞÇISI AYAZ ƏSGƏROV ALİ TƏHSİLLİLƏRDƏN EHTİYAT EDİR?

DİA.AZ: - Məlum olduğu kimi, son günlər rayonlarda yeni islahatlar həyata keçirilməkdədir. Əslində bu islahatların növbəti pultoplama, korrupsiya kampaniyası olduğunu desək, yanılmarıq. Çünki görünəni elə budur. Məsələn, bu günlərdə Ağdam rayonunda 9 ərazi icra nümayəndəsinin vəzifəsindən azad edildiyi məlum oldu və bu xəbəri icra başçısı Nizami Sadıqov cənablarının özü şəxsən təsdiqlədi. Amma indi aydın olur ki, həmin icra nümayəndələri onlardan tələb olunan 5 min manatı ödəyə bilmədiklərindən işlərindən azad ediliblər. Pulu ödəyənlər vəzifə başında saxlanılıb, çıxarılanlar isə İSLAHATLARIN QURBANLARI olublar. Bəli, bu prosesin adını «islahat» qoyublar.

Onu da bildirək ki, bir neçə gündür ki, rayonlarda yeni ərazi vahidlikləri formalaşdırılmaqdadır. Bu isə yerli icra nümayəndələrinin sayının artmasına və deməli, həm də icra başçılarının yeni pul toplama kampaniyasına start verməsinə nədən olub. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, icra başçıları yeni ərazi vahidliklərinin yaranışından sonra hər bir yeni postu satışa çıxarıblar.

Məsələn, Qazax rayonunda yeni icra nümayəndəsi postu 10 min manatadır. Mənbənin söylədikləri: «Təbii ki, bu pulu verib vəzifə alan var. Və həmin şəxslər artıq peşman olublar. Çünki bütün torpaqlar satılıb, paylananı da paylanıb. İş qalır ki, icra nümayəndəsinin yalnız arayış satmasına. Kəndlərdə isə arayışa heç 20 qəpik verən də yoxdur».

Mənbəmiz bildirir ki, Qazax rayon icra hakimiyyətinin başçısı ali təhsili olmayan köhnədən qalanə razi icra nümayəndələrini vəzifələrində saxlasa da, «kadr islahatları» adı altında diplomlu icra nümayəndələrini işlərindən kənarlaşdırır. Hər halda, bəzilərinin ağıllı adamlardan ehtiyat etdiyini hər kəs bilir, amma bu dövlətin işidir və Qazax rayonu kiminsə şəxsi mülki deyil ki, burada ali təhsilli işçilərə qarşı repressiya həyata keçirilsin. Amma buna rəğmən icra başçısı Ayaz Əsgərov istədiklərini həyata keçirir.

Onu da qeyd edək ki, Qazaxda baş verən bu özbaşınalıqlarla bağlı redaksiyamıza ilginc faktlar ötürülüb və həmin faktlarla bağlı əməkdaşlarımızın hazırladığı araşdırma materialı diqqətinizə çatdıracağıq. Bizi izləyin…

Geri qayıt