Əsas Səhifə > Gündəm, Manşet > SAHİBKARLAR KƏRƏM HƏSƏNOVU MƏHKƏMƏYƏ VERİB
SAHİBKARLAR KƏRƏM HƏSƏNOVU MƏHKƏMƏYƏ VERİB26-09-2012, 09:16 |
KOMİTƏ SƏDRİ «AZƏRİTTİFAQ»IN BALANSINDAKI OBYEKTİ ÖZƏLLƏŞDİRİB DİA.AZ: - Artıq məmur özbaşınalığı ölkədə sıradan bir hadisəyə çevrilib. Pul gücünə atılan addımlar elə bir həddə çatıb ki, hətta bu zaman dövlətin anna qanunlarının pozulması belə kiminsə umrunda deyil. Necə ki, əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən 15 saylı kolxoz bazarının hərrac yolu ilə satışı qərarına imza atarkən nəzərə almayıb ki, həmin bazara aidiyyatı olmayan 11 şəxsi obyekt və «Azərittifaq»ın balansında olan bir mağazanın da taleyi ilə bağlı qanunsuz qərar çıxarmış olur. Hər halda, burada Kərəm Həsənovun və onun işçilərinin hansı səbəbdən qərar verdiyini təxmin etmək o qədər də çətin deyil. Çünki həmin bazarın hərrac yolu ilə satışı birbaşa olaraq hazırda Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun maraqlarına uyğun idi və onun adamı tərəfindən zəbt edilib. Eləcə də, qeyd etdiyimiz kimi, 11 sahibkarın və «Azərittifaq»ın obyektləri də bu yolla ələ keçirilib. Bununla bağlı DİA.AZ-a müraciət edən 4 sahibkar artıq əmlak məsələləri üzrə dövlət komitəsini məhkəmə veriblər. Və iddia ərizəsində qeyd olunur ki, dövlət komitəsinin bu qanunsuz əməli nəticəsində dövlətə dəymiş 4 milyon 597 min 388 manatlıq ziyan cavabdehlər tərəfindən ödənilməli, həmçinin bu qanunsuz hərracın qərarı ləğv edilməlidir. Bildirək ki, işə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılır. Doğrudur, nə iddiaçı tərəf kimi haqqını tələb edən sahibkarlar, nə də biz redaksiya olaraq Kərəm Həsənovun məhkəmədə məğlub olacağına inanmırıq. Amma hər halda, bu ölkədə ədalətin təntənəsi nə zamansa baş verməlidir və bu ümidlə məhkəmə müraciət edə niş adamları 20 ilə yaxın müddət ərzində çalışdıqları obyektlərin qanunsuz yolla bazar ərazisinə daxil edilib hərracda satılması qərarının ləğvi ilə bağlı bütün məhkəmə instansiyalarını keçməyə hazır olduqlarını və eləcə də, öz haqqlarını sonna qədər müdafiə edəcəklərini bildiriblər. Geri qayıt |