Əsas Səhifə > Güney Press / Manşet > “BANK OF BAKU” VƏTƏNDAŞLARA NÖMRƏ GƏLİR: 8145...
“BANK OF BAKU” VƏTƏNDAŞLARA NÖMRƏ GƏLİR: 8145...25-09-2012, 15:04 |
![]() BANKIN TƏŞKİL ETDİYİ KAMPANİYA SADƏCƏ GÖRÜNTÜ ÜÇÜNDÜR DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən banklar sanki kredit vermək üçün yarışa girdiklərini nümayiş etdirirlər. Əslində isə bu görüntüdən başqa bir şey deyil. Üstəlik, təşkil olunmuş kampaniyalar şirnikləndirmə xasiyyətinə malikdir. Hal hazırda asanlıqla kredit təklif edən banklar sırasında "Bank of Baku" da var. Son dövrlər daha çox müştərisi olduğunu bəyan edən bu bankın 8145 xidməti də fəaliyyətdədir. Kampaniya belədir ki, vətəndaş bankın "qaynar xətti" sayılan 8145-ə SMS göndərir və orada nə işlədiyini göstərir. İki iş günü ərzində bankdan ona zəng olunur və bu barədə danışılır. Məsələni araşdırmaq üçün əməkdaşlarımız da "Bank of Baku"nun 8145 xidmətinə SMS göndərib. Həqiqətən də iki iş günü ərzində bankdan zəng gəlib. "Bank of Baku"nun əməkdaşı sual edib ki, kredit götürmək istəyən şəxs harada işləyir və onun istədiyi kreditin məbləği nə qədərdir. Cavabında əməkdaşımız qeyd edib ki, o, redaktordur və istədiyi məbləğ də 1500 manat civarındadır. "Redaktor" sözünü eşidən bank əməkdaşı dərhal "Sizi peşə kreditləri şöbəsinə yönəldəcəyik və iki gün ərzində sizinlə əlaqə saxlanılacaq" deyərək ad və familiyanı qeyd etməklə dəstəyi asıb. Həmin iki iş gününü üzərindən isə düz iki həftədir keçir, amma nə zəng var, nə də maraqlanan. Əvvəl elə zənn etdik ki, bu vəziyyət təkcə mətbuat işçiləri üçün keçərlidir. Çünki son dövrlər bəzi banklar mətbuat işçilərinə kredit ayırmaqdan rəsmən imtina edir. Amma sonradan apardığımız dəqiqləşdirmə nəticəsində məlum oldu ki, "Bank of Baku"nun kredit kampaniyasında belə hallar çoxluq təşkil edir. Yəni, bank sadəcə özünü reklam etmək üçün bu kampaniyanı təşkil edib və 8145 SMS xidməti də insanları aldatmaqdan başqa bir şey deyil. Və burada qəribə bir məqam da var. Bu barədə redaksiyamıza danışan vətəndaşlardan bir neçəsi deyib ki, "Bank of Baku"nun kredit şöbəsinin əməkdaşları bəzən insanların xarici görünüşünə baxıb, qərar verirlər. Yəni, bank işçisinin müştəri qismində gəlmiş şəxsdən "gözü su içsə" ona kredit ayırır. Əks təqdirdə, min bir bəhanə ilə bu şansı ona tanımır. \ tia.az \ P.S. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. P.P.S. Elə zənn etməyin ki, "Bank of Baku"dan kredit almaq bu qədər asandır. Və bu bankda "şapka" işə yaramır. Bu bir "ənənə"dir. Həm də adamsız adama kredit nədir, heç pulun qırağını da göstərmirlər. Geri qayıt |