Əsas Səhifə > Ölkə, Manşet > SUMQAYITDA ÖZƏL ŞİRKƏTDƏ ÖZƏL ÖZBAŞINALIQ
SUMQAYITDA ÖZƏL ŞİRKƏTDƏ ÖZƏL ÖZBAŞINALIQ25-09-2012, 12:52 |
VƏTƏNDAŞLARIN PASPORTLARI NİYƏ GİROV GÖTÜRÜLÜR? DİA.AZ: - Sumqayıtdan redaksiyamıza çox ilginc fakt daxil olub. DİA.AZ-a ötürülən məlumata görə, yerli şirkətlərdən biri böyük qanun pozuntusuna yol verir. Sumqayıt sakinlərindən birinin bildirdiyinə görə, şəhərin «Nizami» kinoteatrının (keçmiş «Rossiya») yaxınlığında yerləşən «Mübariz» özəl şirkəti əhaliyə özbaşına olaraq kreditə mal buraxır. Plastik qapı-pəncərə satışı ilə məşğul olan şirkətin əsas özbaşınalığı isə kreditə buraxdığı malların müqabilində vətəndaşların şəxsiyyət vəsiqəsini girov götürməsidir. Bununla bağlı redaksiyamıza danışan Sumqayıt sakini bildirir ki, bu günlərdə o da «Mübariz» şirkətinin müştərisi olub: «Deyilənə uyğun olaraq şəxsiyyət vəsiqəmi onlara girov kimi verdim. Həm də iki şəxsiyyət vəsiqəsi alırlar. Sanki birini də zamin kimi qəbul edirlər». Vətəndaş bildirir ki, sonradan şəxsiyyət vəsiqəsinin girov götürülməsinin qanunlarla qadağan olunduğunu öyrənib: «Bundan sonra həmin şirkətin rəhbərliyinə müraciət etdim. Amma onlar şəxsiyyət vəsiqəmi geri qaytarmadılar. Hətta həmin sənədin əvəzində hərbi biletimi və bir neçə başqa rəsmi sənədi təqdim etsəm də, razılaşmadılar». Hər halda, Sumqayıtda baş verən bu özbaşınalıqdan dövlətin müvafiq qurumlarının xəbərdar olmadıqlarını zənn edirik… Geri qayıt |