Əsas Səhifə > Siyasət, Manşet > SURAXANININ BAŞÇISINA BAKI MERİ POSTU
SURAXANININ BAŞÇISINA BAKI MERİ POSTU25-09-2012, 11:09 |
HACIBALA ABUTALIBOVU ƏVƏZ EDƏCƏK ŞƏXSİN KİMLİYİ BƏLLİ OLDU DİA.AZ: - Bakı meri Hacıbala Abutalıbovun vəzifəsindən alınacağı ilə bağlı məlumatı bir neçə gün əvvəl diqqətinizə çatdırmışdıq. Bu gün isə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbələrdən ötürülən xəbərdə qeyd olunur ki, mərhum prezident Heydər Əliyev tərəfindən zamanında «YAP-ın qaymağı» adlandırdığı məşhur «91-lər»in vəzifə başında olan son nümayəndələrindən biri olan Hacıbala Abutalıbov oktyabr ayının ortalarında vəzifəsindən alınacaq. Redaksiyamızı bilgiləndirən qaynağın sözlərinə görə, Hacıbala Abutalıbovun yerinə hazırda Suraxanı rayonuna rəhbərlik edən İlqar Abbasov gətiriləcək. Xatırladaq ki, bir neçə gün əvvəl İlqar Abbasovun da vəzifəsindən alınacağı ilə bağlı xəbərlər yayılmışdı. Bu faktı təsdiqləyən mənbəmiz bildirdi ki, baş verənlər İlqar Abbasovun «vurulması» yox, onun vəzifəsinin daha da böyüdülməsi anlamını daşıyır: «Çünki onun Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsi ilə bağlı qərar verilib». Onu da qeyd edək ki, bu vaxta qədər Bakı meri postuna adaylıq məsələsində xeyli sayla şəxsin adı çəkilsə də, ən şanslı namizəd olaraq, hazırda Şirvan rayonuna rəhbərlik edən, Müdafiə Sənayesi Naziri Yavər Camalovun dost-doğma qardaşı Mərdan Camalovun adı hallandırılmaqda idi. Amma görünür ki, artıq bu yöndə ciddi dəyişikliklər baş verib. Geri qayıt |