Əsas Səhifə > Gündəm, Manşet > BAŞ REDAKTORUN İŞİ BÖYÜDÜLÜR
BAŞ REDAKTORUN İŞİ BÖYÜDÜLÜR1-11-2011, 17:00 |
ƏVƏZ ZEYNALLININ ƏLEYHİNƏ İFADƏ KAMPANİYASI BAŞLADI DİA.AZ: - Gülər Əhmədovanın iddiasının təsdiq edilməyəcəyindən təşvişə düşən siyasi hakimiyyət alternativ vasitələr arayır. Son iki ildə “Xural” qəzetində tənqid edilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılır. “Xural” qəzetindən “Dünya” İnformasiya agentliyi redaksiyasına (dia-az.site) verilən məlumatda bildirilir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, idarənin müstəntiqlərinə həmin şəxslərdən Əvəz Zeynallının əleyhinə ifadə almaq barədə göstəriş verilib. Məlumatda həmçinin bildirir ki, hakimiyyət Ə.Zeynallı ilə tanışlıq münasibəti və qohumluğu olan iş adamlarının aşkar edilməsi barədə qərar qəbul edib. İş adamlarına təzyiqlər göstərilərək baş redaktor əleyhinə ifadələr alınması nəzərdə tutulur. Geri qayıt |