Əsas Səhifə > Güney Press / Manşet > NARKOTİKDƏN İSTİFADƏ EDƏN DEPUTAT KİMDİR?
NARKOTİKDƏN İSTİFADƏ EDƏN DEPUTAT KİMDİR?24-09-2012, 16:57 |
![]() ONUN DAVAMLI OLARAQ MÜALİCƏ ALDIĞI SÖYLƏNİLİR DİA.AZ: - Bu günlərdə narkomafiyanın ölkəmizdə hansı dövlət qurumlarına qədər irəliləməsi ilə bağlı faktları diqqətinizə çatdırmışdıq. Həmin məlumatlarımızda qeyd etmişdik ki, bu gün Azərbaycanda narkomafiya ona görə güclüdür ki, bir yandan onlar hakimiyyətdə güclü təmsilçi mövqelərə malikdirlər, digər yandan da onların hakimiyyət içində çox ciddi müştəri heyətləri mövcuddur. Bu iki faktoru narkomafiyanın Azərbaycanda daha da qanadlanmasına rəvac verməkdədir. Yazılarımızda onu da bildirmişdik ki, narkomafiyanın müştəriləri ilə bağlı da sizləri məlumatlandıracağıq. Bununla əlaqədar DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, bu gün narkomfaiyanın müştəriləri arasında çox nüfuzlu dövlət adamları yetərincədir: В«Məsələn, onlardan biri nazirdir. Eyni zamanda futbol qumarının xəstəsi olan həmin nazirimiz olduqca bahalı narkotikadan istifadə edir. Amma bəzi məmurlar var ki, küçədəki narkomanlardani heç nə ilə fərqlənmirlər. Onların arasında anaşa çəkənlər yetərincədirВ». Mənbəmiz bildirir ki, narkomaniya deputatlarımız arasında da çox populyardır: В«Məsələn, deputatlarımızdan biri davamlı olaraq müalicə alsa da, xeyri yoxdur. Hətta ailəsində də bu üzdən çox ciddi problemlər yaşayırВ». Onu da bildirək ki, redaksiyamıza narkotikdən istifadə edən məmurların, məmur övladlarının, yaxınlarının siyahısı daxil olub. Lakin real sübutlara malik olmadığımızdan bu bilgiləri açıqlaya bilmirik. Mövzu diqqətimizdədir… Geri qayıt |