Əsas Səhifə > Güney Press / Manşet > CAVİD QURBANOVU BİTİRƏCƏK ŞOK FAKTLAR
CAVİD QURBANOVU BİTİRƏCƏK ŞOK FAKTLAR24-09-2012, 15:04 |
![]() ZİYA MƏMMƏDOVU HƏDƏFLƏYƏN “İRAN ORTAĞI” DAMĞASININ TƏFƏRRÜATLARI DİA.AZ: - 2010-cu ilin oktyabr ayından etibarən məşhur В«VikiliksВ» təşkilatının açıqladığı bir sıra məxfi sənədlər ölkədə böyük ajiotaj yaratdı. Və hələ də bu səs-küyün yaratdığı təəssüratlar aradan qalxmayıb. Açıqlanan sənədlərdən məlum olur ki, Bakıda əslən iranlı olan və bu ölkədəki vəziyyət barədə ABŞ səfirliyinə, orada diplomat kimi akkreditə olunmuş kəşfiyyatçılara müntəzəm məlumatlar verən agentlər var. Bu agentlərdən alınan məlumatlar “Məxfi” qrifi altında birbaşa dövlət katibi Hillari Klintona göndərilib. Belə sənədlərdən biri 2009-cu il martın 9-da ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin Dövlət Departamentinə göndərdiyi məktubdur. Məktubun tərcüməsi belədir: “Geniş yayılmış şayiələrə görə, Bakıdakı iranlılardan çoxu İran rejiminə bağlı gəlirli biznes, çirkli pulların yuyulması və digər işlərlə məşğuldurlar. Bu işlərə özəl, həmçinin İranın hökumət müəssisələri üçün fəaliyyət daxildir. Bu iranlıların Bakıdakı biznesinə fabriklər, tikinti şirkətləri, ticarət firmaları, mağazalar aiddir. Bu şirkətlərdən bəziləri isə qanunsuz işlərlə məşğul olan saxta şirkətlərdir. Bəzi iranlıların İran İnqilab Qvardiyası üçün ehtiyat hissələri və avadanlıq almaqda mühüm rol oynadıqları bildirilir. Bununla da Qvardiya üçün pul qazanılır, İrandan gələn narkotik ticarəti idarə olunur. Bu məlumatda İranlı fiqurların İran təhlükəsizlik təşkilatları və rejimin fiqurları ilə münasibətlərindən bəhs olunur”. Məktubda Kamal Dərvişidən də danışılır. Dərvişi üç qardaşı ilə İran-İraq müharibəsində məşhur döyüşçülərdən olub. On il əvvəl Azərbaycana gəliblər. Çox kasıb ailədən çıxsalar da, hazırda həddən artıq dövlətlidirlər. Kamal İranda yol və digər infrastruktur şirkətləri işlədir. Bir tehranlı biznesmenin dediyinə görə, “İranda heç bir yol onun və dostlarının partnyorluğu olmadan çəkilmir”. Dərvişi əvvəllər NASR adlı şirkəti idarə edib. Onun biznesi bəzən şübhə doğurduğu üçün rəsmən İnqilab Qvardiyasından istefa verib. Son illər Dərvişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla sıx biznes əlaqələri yaradıb. Məmmədovun yardımı ilə azı səkkiz nəhəng yol tikintisi və bərpası layihəsi qazanıb. Bura Bakı-İran-Astara yolu, Bakı-Quba yolunun qurulmasına dair müqavilələr daxildir. Enn Dersi tərəfindən şərh: "Biz təxmin edirik ki, Ziya Məmmədov bu müqavilələrdə sakit partnyordur. Ziya Məmmədovun ailəsi Azərbaycanın ən böyük kommersiya şirkətini idarə edir. Özünün də adı korrupsiyada hallanır. Bizə məlumat verən mənbə Azərbaycanda yol tikintisi layihələrində korrupsiyaya dair xeyli iddialar eşidib. İran biznesmenləri və tələbələri iddia edirlər ki, Dərvişinin də İnqilab Qvardiyası və İran kəşfiyyatı ilə sıx əlaqələri var. Bir iranlı tələbənin dediyinə görə, Dərvişi Azərbaycandakı iranlı tələbələri yeni şirkətində işləmək üçün cəlb edir". Təbii ki, bu məlumatları təsadüfi olaraq xatırlatmadıq. Belə ki, redaksiyamıza əslində bütün bu fəaliyyətlərdə Ziya Məmmədovun birinci fiqur olmadığı haqda çox ilginc məlumatlar daxil olub. Hər halda, yol inşaatı işlərinə rəsmən kimin cavabdehlik daşıdığı da burada açar rolunu oynamaqdadır. Söhbət В«AzəryolservisВ» ASC-nin prezidenti Cavid Qurbanovdan gedir. Bununla bağlı DİA.AZ-a açıqlama verən bilgili qaynağın iddialarına görə, əslində İranla sirli və genişmiqyaslı əlaqələrə malik olan şəxs Ziya Məmmədov yox, elə Cavid Qurbanovun özüdür və İrandan ötürülən çirkli pullar, həmçinin iranlı casus В«sahibkarlaraВ» tapşırılan yol inşaatı işləri də məhz Cavid Qurbanovunun başının altından çıxan işlərdir. Sübut?! Hər halda, bu günlərdə Cavid Qurbanovun sürücüsü kimi təqdim olunan Mahir Lənkəranlının İranla olan əlaqələrinin ifşası kimsə tərəfindən unudulmayıb. Bildirək ki, bu adam ASC prezidentinin sürücüsü kimi təqdim olundu. Amma əslində Mahir Lənkəranlı Cavid Qurbanovun qovluq daşıyanıdır və əksər maliyyə işləri bu adamın əli ilə həyata keçirilməkdədir. Doğrudur, mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Mahir Lənkəranlı hazırda Azərbaycanda deyil. Guya ki, ölkədən qaçaq düşüb. Amma bütün bunlar dezinformasiyadan başqa bir şey deyil və redaksiyamızı məlumatlandıran mənbə də vurğulayır ki, hazırda Bakı şəhərində olan Mahir Lənkəranlı Cavid Qurbanov tərəfindən gizlədilir. Bunun nədənləri isə aydındır. Çünki Mahir Lənkəranlı yaxalanacağı təqdirdə Cavid Qurbanovun qollarının qandallanması an məsələsidir. Onu da bildirək ki, artıq bütün istiqamətlər üzərə əməlli-başlı küncə sıxışdırılan Cavid Qurbanov və onun ailə üzvləri artıq vəziyyətdən çıxış yolu axtarmaqdadırlar. Hətta iş o həddə çatıb ki, Cavid Qurbanov müxalifəti söyməklə, özünün cəbhəçi keçmişini danmaqla hələ də hakimiyyət üçün lazımlı fiqur olduğunu sübut etməyə çalışır. Hətta bu günlərdə Qurbanovun atası da müxalifət qəzetlərini hədəfə alması ilə oğlunun çulunu sudan çıxarmaq fikrinə düşüb. Amma bütün bunlar əhəmiyyətsizdir. Çünki Cavid Qurbanov artıq Azərbaycan dövlətinə xəyanətdə ittiham oluna biləcək şəkildə quyruq ələ verib. Və onun sürücüsü kimi təqdim olunan Mahir Lənkəranlının həbsi ASC şefinin nəinki karyerasının, həm də azadlığının bitdiyi nöqtə olacaq. Mahir Lənkəranlıya gəlincə isə bu barədə də mənbəmiz maraqlı informasiyalar verib. Qeyd edək ki, bəziləri onun İranla heç bir əlaqədə olmadığını iddia edirlər. Amma fakt faktlığında qalır ki, həqiqətən də bu adam rəsmi soyadını dəyişərək, iki gündən bir Azərbaycan əleyhinə fətvaları ilə diqqətə gələn iranlı ayətullah Məhəmməd Fazil Lənkəraninin əsgəri olduğuna diqqətləri yönəldən Mahir Lənkəranlı hətta dünənə qədər təraş olunduğu halda, Cavid Qurbanovun yanında iransayağı saqqalı ilə dolaşıb və saxlanmaqdadır. Araşdırmalarımız davam edir. Yaxın vaxtlarda Cavid Qurbanovu İrana bağlayan yeni faktları diqqətinizə çatdıracağıq. Geri qayıt |