Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTİÇİ ÇƏKİŞMƏLƏR QIZIŞIR
HAKİMİYYƏTİÇİ ÇƏKİŞMƏLƏR QIZIŞIR1-11-2011, 16:40 |
ZİYA MƏMMƏDOV BİZNES MARAQLARI NAMİNƏ HAMIYA MEYDAN OXUYUR DİA.AZ: - Mərhum prezidnt Heydər Əliyevin sağlığında hətta jurnalistlərlə təmasdan belə çəkinən nəqliyyat naziri Ziya Məmmədovu bu gün efirlərdə əməlli-başlı meydan suladığını görəndə şaşırmaya bilmirsən. Hər halda, Heydər Əliyevin kölgəsi altında onun kimi məmurlar danışmağa belə cürət etmirdilər. Bu gün isə Ziya Məmmədov özünü o qədər arxayın və sərbəst his edir ki, hətta öz kaprizlərinivə xarakterik keyfiyyətlərini belə nümayişkaranə şəkildə ortaya qoyur. Onun bu maneralarını redaksiyamıza şərh edən hakimiyyətə yaxın şəxslərdən biri redaksiyamıza bildirdi ki, əslində Ziya Məmmədov bu gün özünün iqtisadi qüdrət və imkanlarına görə, meydan sulayacaq səviyyədə birisidir: «Onun danışıq tərzi əlindəki imkanlarla düz mütənasibdir. Hərdən qəzetlər yazır ki, «Ziya Məmmədov vurulur». Bunlar ağ yalandır. Ziya Məmmədov bu gün «vurulan» yox, «vuran» tərəfdədir. O, hələ neçə-neçə məmuru yola salacaq gücdə və etimaddadır». Mənbəmiz onu da bildirdi ki, elə buna görə də Ziya Məmmədov mövqelərini daha da möhkəmləndirə blməsi üçün mübarizəyə alxıb: «Təbii ki, onun kifayət qədər güclü rəqibləri var. Məsələn, onunla Kəmaləddin Heydərovun maraqları bir çox istiqamətlərdə toqquşur. FHN şefi də bacardığı qədər NN rəhbərini sıxışdırmağa çalışır. Amma onların bu davada hansının hansını yenəcəyini ehtimal etmək çox çətindir». Mənbəmiz onu da bildirdi ki, bu günlərdə Ziya Məmmədov vergi və gömrük orqanları vasitəsilə ona kifayət qədər problemlər yaradan Kəmaləddin Heydərova ismarıc da yollayıb: «Ziya Məmmədov Kamal müəllimə təxminən belə bir söz yollayıb ki, cavab hücumları daha da şiddətli ola bilər». Geri qayıt |