Əsas Səhifə > Ölkə > CAVİD QURBANOVUN İDARƏLƏRİ LƏĞV OLUNACAQ

CAVİD QURBANOVUN İDARƏLƏRİ LƏĞV OLUNACAQ


24-09-2012, 13:17
CAVİD QURBANOVUN İDARƏLƏRİ LƏĞV OLUNACAQ

"AZƏRYOLSERVİS"DƏ İSLAHATLAR GÖZLƏNİLİR

Son bir neçə ildə “Azəryolservis” ASC-nin nəzdində olan yol istismarı idarələrində baş alıb gedən korrupsiya əməliyyatları Azərbaycan hakiiyyətini narahat etməyə başlayıb. Artıq hökumət bəzi oliqarxların özfəaliyyətinə son qoymaq qərarına gəlib.

“AzeriNews.org”a daxil olan məlumatlarda bildirilir ki, bu sırada ilk adı çəkilən isə "Azəryolservis"in rəhbəri, deputat Cavid Qurbanovdur. Söhbət ondan gedir ki, Cavid Qurbanovun rəhbərliyi etdiyi qurumun nəzdində nə az, nə çox düz 115 idarə fəaliyyət göstərir. Hətta heç nazirliklərin bu qədər idarəsi yoxdur. "Azəryolservis"də idarələrin sayının bu qədər çox olmasının səbəbi isə Cavid Qurbanovun hər qohumuna bir vəzifə verməsilə bağlıdır. Yəni, deputat-oliqarx hansısa qohumunu vəzifə vermək üçün onun üçün bir idarə yaradır. Həmin idarənin heç bir əhəmiyyəti olmaya-olmaya dövlətin pulları göyə sovrulur.

Bundan əlavə təsəvvür edin ki, bütün işğal olunmuş rayonların yol idarələri var. İşağ olunmuş rayonların icar hakimiyyətlərinin, təhsil və səhiyyə şöbələrinin olması başadüşüləndir. Ən azı bu rayonlar işğal altında olsa da, oranın sakinləri var və onların təhsilinin, səhhətinin qeydinə qalmaq lazımdır. Amma yol idarələrinin bu sakinlərə nə xeyri? Məgər bu rayonlar var ki, onların da yol təsərürfatının qeydinə də qalasan? Deməli, bu idarələr sadəcə pul silmək üçün saxlanılır. Amma deyəsən, Cavid Qurbanov daha bu və başqa əhəmiyyətsiz idarələrin vasitəsilə pul silə bilməyəcək. Çünki “AzeriNews.org”a daxil olan məlumatlara görə, artıq hökumətdə bu cür lazımsız idarələrin ləğv olunması qərara alınıb. Məlumatlara görə, yaxın vaxtlarda bu prosesə start veriləcək.

Geri qayıt