Əsas Səhifə > Ölkə, Manşet > DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR


24-09-2012, 12:47
DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

TOFİQ ZEYNALOV VƏZİFƏSİNDƏN ALINA BİLƏR

DİA.AZ: - Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun Tovuza rəhbərlik edən qardaşı Tofiq Zeynalovun vəzifəsindən alınacağı, icra başçıları ilə bağlı gözlənilən növbəti «yarpaq tökümü» sezonunun qurbanlarından biri olacağı ilə bağlı məlumatlar dövrü mətbuatda hələ xeyli əvvəldən getmişdi. DİA.AZ-ın əldə etdiyi son informasiyalardan isə aydın olur ki, Tofiq Zeynalovun yola salınması məsələsi artıq dəqiqləşib və hətta ona qarşı real ittihamlar da mövcuddur.

Bu barədə danışan mənbənin sözlərinə görə, Tofiq Zeynalov yerli maliyyə idarəsinin müdiri Mübariz Salmanovun güdazına gedə bilər. Belə ki, Mübariz Salmanovun yerli büdcədən təyinatı göstərilmədən külli miqdarda vəsaiti çıxartması nəinki maliyyə idarəsinin müdirinin özünün, həmçinin icra başçısının başının ağrımasına nədən olub.

Mənbənin söylədikləri: «Söhbət bir neçə yüz min manat vəsaitin qeybə çəkilməsindən gedir. Məlum olur ki, bütün pul çıxarma əməliyyatlarında başçının da müvafiq qərarı var. Amma təyinatlar göstərilməyib və burada ciddi boşluqlar var ki, əslində bunun adına korrupsiya deyilir».

Məlum maxinasiyalar səbəbindən Tovuz rayon maliyyə şöbəsinin müdirinin həbs olunma ehtimallarının yüksək olduğunu bildirən mənbəmiz onu da bildirdi ki, əgər məsələ ciddiləşərsə, o zaman başçının özü də hədəfə çevrilə bilər.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt