Əsas Səhifə > Siyasət, Manşet > RƏSUL QULİYEV PARTİYASINA YENİ SƏDR ADAM AXTARIR

RƏSUL QULİYEV PARTİYASINA YENİ SƏDR ADAM AXTARIR


24-09-2012, 10:50
RƏSUL QULİYEV PARTİYASINA YENİ SƏDR ADAM AXTARIR

KEÇMİŞ SPİKERİMİZ SÜLHƏDDİN ƏKBƏRDƏN NİYƏ İMTİNA ETMƏK İSTƏYİR?

DİA.AZ: - Bir müddət əvvəl özünün lideri olduğu Açıq Cəmiyyət Partiyası daxilində mini «məxməri inqilab» həyata keçirərək, keçmiş müsavatçı Sülhəddin Əkbəri sədr postuna gətirən keçmiş parlament sədri Rəsul Quliyev yenə də ACP üçün rəhbər axtarışına baş vurub. Bu ilginc məlumatı DİA.AZ-a Rəsul Quliyevə yaxın mənbələr ötürüb.

Qaynaq iddia edir ki, Rəsul Quliyevin Sülhəddin Əkbərə etimad göstərməməsinin xüsusi nədənləri var və artıq keçmiş spiker qərarını qətiləşdirdiyindən ciddi şəkildə axtarışlara başlayıb: «Əslində Rəsul Quliyevdə Sülhəddin Əkbərə qarşı mənfi rəyi Bakıdan yaradıblar. Sülhəddin Əkbərin iqtidarla əlaqəli olduğunu iddia edən şəxslər Rəsul Quliyevi buna inandıra biliblər və hətta bu gün Rəsul Quliyevdə belə bir qənaət də var ki, Sülhəddin Əkbər məhz hakimiyyət yanlısı olması səbəbindən Müsavat sıralarından getmək zorunda qalıb».

RƏSUL QULİYEV PARTİYASINA YENİ SƏDR ADAM AXTARIR

Mənbəmiz bildirir ki, Sülhəddin Əkbərin 2003-cü ilin 15-16 oktyabr hadisələri zamanı həbsi və şübhəli şəkildə azad edilməsi də dəlil şəklində ACP liderinin masasına qoyulub: «Rəsul Quliyevə eyni zamanda hakimiyyət içindəki dayaqları tərəfindən də Sülhəddin Əkbərlə bağlı xüsusi məlumatlar ötürülüb ki, bütün bunlar onda məlum qərarını verə bilməsi üçün tam təəssürat formalaşdırıb».

Adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq.

Geri qayıt