Əsas Səhifə > Gündəm, Manşet > CENİFER LOPEZİN AYAĞI “BÜLLUR SARAY”A DÜŞMƏDİ

CENİFER LOPEZİN AYAĞI “BÜLLUR SARAY”A DÜŞMƏDİ


24-09-2012, 10:29
CENİFER LOPEZİN AYAĞI “BÜLLUR SARAY”A DÜŞMƏDİ

MİLYONLARA BAŞA GƏLƏN SARAYIN TAVANI DÜNƏN GECƏDƏN DAMIB

DİA.AZ: - Sentyabrın 23-də dünyaca məşhur Cennifer Lopez nəhayət ki, Bakıda, “Crystal Hall” səhnəsində ilk solo-konserti ilə çıxış edib. Amma deyəsən, dünyaca məhşur müğənninin ayağı “avroviziya-2012” mahnı yarışmasını ağırlamış “Crystal Hall” üçün düşərli olmayıb.

Bu barədə DİA.AZ-a məlumat verən bilgili qaynaqlar iddia edir ki, inşasına çox ciddi vəsaitin sərf olunduğu “Crystal Hall”, yəni “Büllur Saray” dünən gecədən etibarən yağan güclü yağıçlar səbəbindən bu gün biabırçı vəziyyətə düşüb.

Mənbəmiz iddia edir ki, sarayın bəzi yerlərindən tavanlar dammağa başlayıb: “Hətta salon hissədən də yağış damcılarının səsini eşitmək olardı”.

Artıq bununla əlaqədar təcili bərpa işlərinin həyata keçirildiyini bildərn mənbəmiz onu da əlavə etdi ki, baş verən hadisəni gözləməyinə dəyərdi: “Doğrudur, Azərbaycan “Avroviziya” yarışması müddətinə sarayın inşasını yetişdirdi. Inşanı həyata keçirən əcnəbi şirkətlər möcüzə yaratdılar. Amma belə bir möcüzənin ömrünün uzun olmayacağı bəlli idi”.

Geri qayıt