Əsas Səhifə > Hadisə > BAKIDA BİR GÜNDƏ 2 NƏFƏR İNTİHAR EDİB

BAKIDA BİR GÜNDƏ 2 NƏFƏR İNTİHAR EDİB


24-09-2012, 10:00
BAKIDA BİR GÜNDƏ 2 NƏFƏR İNTİHAR EDİB

BİRİ SİRKƏ İÇİB, BİRİ ÖZÜNÜ ASIB

Bakıda iki nəfər intihar edib.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, 9-cu mikrorayon, A.Məlikov küçəsi, 87 ünvanında yaşayan 1957-ci il təvəllüdlü Babayev Elçin Əliheydər oğlu sirkə turşusu içərək intihar edib.

Onun uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Babayev ölümündən öncə xəstəlik səbəbindən intihar etməsi barədə məktub yazıb.

Xətai rayonu Məzahir Rüstəmov küçəsi, ev 19-da yaşayan Hikmət Quliyev yaşadığı binada liftin çardağında özünü asaraq intihar edib.
Hər iki faktla bağlı rayon prokurorluqlarında cinayət işi başlanıb.

Geri qayıt