Əsas Səhifə > Gündəm, Manşet > "BAKI TOYOTA MƏRKƏZİ"NİN BÖYÜK REKLAM FIRILDAĞI

"BAKI TOYOTA MƏRKƏZİ"NİN BÖYÜK REKLAM FIRILDAĞI


24-09-2012, 09:09
"BAKI TOYOTA MƏRKƏZİ"NİN BÖYÜK REKLAM FIRILDAĞI

"PRADO"NU REKLAMDA 33500 MANATA SATIŞA ÇIXARAN ŞİRKƏTİN BƏHANƏSİ

DİA.AZ: - Azərbaycanda dünyanın əksər avtomobil şirkətlərinin yerli nümayəndələri var. Onların arasında "Toyota" da aktivlər sırasıündadır. Şəhərin müxtəlif yerlərində "Bakı Toyota Mərkəzi"nin reklamları isə adamın gözünə girir. Həmin reklamda göstərilir ki, mərkəzin satışa çıxardığı "Prado" markalı avtomobil 33500 manatdır.

Amma bunlar sadəcə reklamdır. Çünki "Bakı Toyota Mərkəzi"nin reklamda göstərdiyi qiymət tamam başqadır. Bu barədə həmin reklamdakı qiymətə aldanmış şəhər sakinlərindən birinin DİA.AZ-a verdiyi məlumata görə, onu açıq şəkildə mərkəzdə aldadıblar.

Məsələni dəqiqləşdirmək üçün DİA.AZ-ın əməkdaşları alıcı qismində "Bakı Toyota Mərkəzi"ndə olublar. Əməkdaşlarımız orada "Prado" markalı avtomobil almaq istədiklərini deyiblər. Oradan bildiriblər ki, mərkəz "Prado" markalı maşınları bir neçə sahibkara satır və qiyməti də onlar müəyyənləşdirirlər. Yəni, reklamdakı qiymət tamamilə yalandır və onun vətəndaşa aidiyyatı yoxdur.

"Toyota"nun "Prado" modeli isə hal hazırda bazarda və salonlarda 38 min manat dəyərindədir. Bu maşınları satanlar deyirlər ki, onlar "Toyota Mərkəzi"ndən pullarını verib alıblar və üzərinə əlavə pul qoyaraq qazanc əldə etməyə çalışırlar.

Təbii ki, bizim sahibkarlara bir iradımız yoxdur. Amma bizim üçün maraqlı olan məsələ odur ki, "Bakı Toyota Mərkəzi"i niyə vətəndaşları aldadır? Şübhəsiz ki, bir çox sahələrdə olduğu kimi, "Toyota Mərkəzi" də Azərbaycanda adi vətəndaşları saya salmır. Əks təqdirdə, bu cür böyük yalanı insanlara sırımazdı.

Geri qayıt