Əsas Səhifə > Güney Press / Manşet > ANS-İN EFİRİNDƏ DAHA BİR BİABIRÇILIQ

ANS-İN EFİRİNDƏ DAHA BİR BİABIRÇILIQ


23-09-2012, 11:46
ANS-İN EFİRİNDƏ DAHA BİR BİABIRÇILIQ

NADİR QAFARZADƏ ƏNƏNƏVİ TƏRBİYƏSİZLİYİNİ NÜMAYİŞ ETDİRDİ

DİA.AZ: - Bir neçə gün əvvəl ANS telekanalının efirində yayımlanan verilişlərin birində stduiyaya bağlanan tamaşaçılardan birinin tərbiyəsiz ifadələr işlətməsi, rəsmən söyüş söyməsi azmış kimi, bu gün də sözügedən telekanalın məşhur verilişlərindən biri olan В«Bazar səhəri Rövşanə Bektaşi iləВ» proqramında anoloji biabırçılıq yaşandı. Yox, bu dfə studiyaya bağlanan tamaşaçılar əxlaqsızlıq etmədi, ANS-də efir qaydalarını pozan verilişin qonaqlarından biri - müğənni Nadir Qafarzadə oldu.

DİA.AZ bildirir ki, virtual aləmin xidmətlərindən kimin necə istifadə edildiyi mövzusunun müzakirəsi zamanı internetdən, xüsusən də В«FacebookВ»dan istifadə etmədiyini bildirən Nadir Qafarzadəyə aparıcı Rövşanə Bektaşi В«Nadir, lütfən səmimi olunВ» deyə müraciət edir. Əslində bu zaman Rövşanə xanım Nadir Qafarzadədən В«yəni mən də internetin fəal istifadəçilərindənəmВ» ifadəsini almaq fikrində olsa da, В«səmimi olunВ» çağırışının qarşılığında Nadir Qafarzadə yenə də öz tərbiyəsini ortaya qoyma fürsəti əldə edir və bunu dəyərləndirir. Belə ki, buna cavab olaraq digər qonaqlardan və ümumilikdə tamaşaçılardan çəkinməyən Nadir Qafarzadə В«nə edim? Striptiz göstərim?В» şəklində reaksiya verir.

Hər halda, davamlı olaraq efirdə ağzına gələni danışan, Azərbaycan türkünün, Azərbaycan dövlətinin milli dəyərlərini aşağılamağından belə qalmayan Nadir Qafarzadə üçün efir qadağasının qoyulmasının vaxtı çoxdan yetişib. Bunu elə son baş verən olay da təsdiqlədi. Doğrudur, bu gün bir çox kanallar Nadir Qafarzadəni efirlərindən uzaq tutmağa çalışırlar. Məsələn, В«XəzərTVВ» türk xalqını təhqir etməsi səbəbindən bu addımı atıb. Amma nədənsə bu ağzına sahiblik etməyən müğənni ANS kanalı üçün mataha çevrilib və ondan vaz keçə bilmir.

Geri qayıt