Əsas Səhifə > Siyasət, Manşet > NAZİR 480 MİN DOLLARA İKİ AT ALIB

NAZİR 480 MİN DOLLARA İKİ AT ALIB


1-11-2011, 15:22
NAZİR 480 MİN DOLLARA İKİ AT ALIB

AZAD RƏHİMOVUN DAHA BİR ŞAKƏRİ MƏLUM OLDU

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimov özünün azart oyunlara aludəçiliyi baxımından hətta hakimiyyətin üst dairələrinin belə tənələrinə tuş gəlib. Bu barədə verdi yimiz məlumatda qeyd olunurdu ki, nazir futbol qumarına ciddi şəkildə qurşanıb və hətta bu yolda on minlərlə manat pul uduzmasına baxmayaraq, yenə də vərdişindən əl çəkə bilmir.

Bu gün isə redaksiyamıza Azad Rəhimovun daha bir şakəri ilə bağlı ilginc faktlar daxil olub. Belə ki, mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) ötürülən xəbərdə Azad Rəhimovun atlara - yarış atlarına da aludə olduğu söylənilir.

Bu barədə mötəbər qaynağın ida etdikləri: «Azad Rəhimov bu günlərdə Türkmənistandan özünə hər birinin qiyməti 240 min ABŞ dolları olan iki at gətizdirib. Həmin atlar ingilis sortundandır və birinin qarışığı var».

Ənbə bildirir ki, kifayət qədər baxımlı və gözəgəlimli olan atlar Azad Rəhimova məxsus olan tövləyə göndərilib: «Nazirin Şamaxı rayonu ərazisində böyük bir villası var və həmin villada artıq Türkmənistandan gətirilən atlar üçün hər bir şərait yaradılıb. Hətta atların baxımı üçün xüsusi mütəxəsis də ayrılıb».


Geri qayıt