Əsas Səhifə > Güney Press / Manşet > “KAPİTALBANK”DA ƏHALİNİ NECƏ TALAN EDİRLƏR?

“KAPİTALBANK”DA ƏHALİNİ NECƏ TALAN EDİRLƏR?


22-09-2012, 15:49
“KAPİTALBANK”DA ƏHALİNİ NECƏ TALAN EDİRLƏR?

DİA.AZ: - Bir müddət əvvəl xəbər vermişdik ki, “Kapital Bank”ın rəhbərliyi tərəfindən əmanətlərin verilməsində maxinasiyalar həyata keçirilir. Məlumatlarda bildirilirdi ki, əmanətlərin verilməsində bank filiallarının rəhbər şəxsləri qohum-əqrəbalarının adına külli miqdarda pul silməklə məşğuldurlar. Bundan isə “Kapital Bank”ın idarə heyətində oturanlar xəbərsiz deyil. Sadəcə filiallarda baş verən qanunsuzluqları ort-basdır etməklə bankın rəhbər şəxslərinin “cibinə” milyonlarla vəsait daxil olur. Bundan əlavə məlumatlarda həmçinin qeyd edilirdi ki, əmanətlərin verilməsi prosedurunda SSRİ dövründən qalmış əmanət kitabçaları qəsdən yararsız hala salınır. Xüsusi ilə də bu qanunsuzluqlar “Kapital Bank”ın filiallarında baş alıb gedir. Əmanət kitabçalarının qəsdən yarasız hala salınmasının axraxasında isə rəqəmlərin şişirdilməsi dayanır. Bununla da “Kapital Bank”ın rəhbər şəxsləri yaxınlarının adına külli miqdarda vəsaitlər göstərməklə büdcədən ayırılan pulları talamaqla məşğul olurlar.

Bu gün isə sözü gedən bankla bağlı DİA.AZ-ın elektron ünvanına ilginc məlumatlar daxil olub. Artıq qeyd etdiyimiz kimi məlumatlarımız öz təsdiqini tapmaqdadır.

Məlumatlara görə, bir ay əvvəl “Kapital Bank”ın Goranboy rayon filialında baş alıb gedən saxtakarlıq və əmanətlərin düzgün qaytarılmamasına görə, bankın müdiri Teyyub və Nailə adlı işçisi işdən çıxarılıb. Araşdırmalar zamanı sözü gedən bankda 230 min manatın yoxa çıxdığı məlum olub. Onun yerinə isə “Kapital Bank”ın Tovuz rayon filialının müdürü təyin edilib. Bunlara baxmayaraq onlar həbs edilməyib. Məlumatlarda həmçinin qeyd edilir ki, “Kapital Bank”ın Tovuz rayon filialının müdürü Goranboy rayon filialının Teyyub adlı müdüründən heç də geri qalmır. Bildirilir ki, yeni təyin olunan müdürün özü bir vaxtlar qeyri-qanuni yolla bankdan 400 min manat pul talayıb. Lakin sonradan həmin pulları geri qaytardığı üçün onu vəzifəsində saxlamalı olublar.

Digər istiqamətlərdən daxil olan məlumatlarda bildirilir ki, əmanətlərin verilməsi prosedurunda böyük maxinasiyalara bankın idarə heyətinin üzvü və idarə heyətinin sədr müavini səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev nəzarət edir.

“Kapital Bank”da baş verən özbaşınalıqlar bununla yekunlaşmır. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin bildirilir ki, sözü gedən bank ara-sıra futbol yarışmalarına sponsorluq edir. Bu sponsorluqdan isə külli miqdarda bankadn vəsaitlər silinir. Bu məsələyə növbəti yazımızda aydınlıq gətirəcəyik.

Araşdırmalarımız davam edir. Bizi izləyin…

Geri qayıt