Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR ƏSƏDOV SOYĞUNÇULUQDA İTTİHAM OLUNDU

HEYDƏR ƏSƏDOV SOYĞUNÇULUQDA İTTİHAM OLUNDU


21-09-2012, 16:41
HEYDƏR ƏSƏDOV SOYĞUNÇULUQDA İTTİHAM OLUNDU

HESABLAMA PALATASININ ŞEFİ LİSEY DİREKTORUNU QABIQDAN ÇIXARIB

DİA.AZ: - Hesablama Palatası təhsil ocaqlarına qarşı hücuma keçib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, palatanın əməkdaşları təhsil ocaqlarında aparılan araşdırmalar nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edən təhsil müəsissələrinin rəhbərlərini “soymaq“ qərarına gəliblər. Bunlardan biri isə Bakı fizika-riyaziyyat və informatika təmayüllü liseyi olub.

Məlumatlara görə, bu yaxınlarda Hesablama Palatası Bakı fizika-riyaziyyat və informatika təmayüllü liseydə yoxlamalar apararkən təhsil müəssisəsində dövlət vəsaitlərinin talanması, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə halları aşkarlayıb. Lakin sözü gedən liseydə aşkarlanan qanunsuzluqlar palatanın əməkdaşları tərəfindən protokola salınmayıb. İddialara görə, fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov Hesablama Palatasının əməkdaşları, birbaşa Heydər Əsədovun sifarişi ilə onu əməlli-başlı “soyduğunu” deyib.

Qeyd edək ki, artıq bir neçə media xəbər portalı bu barədə məlumatlar yayıb. Məlumatlarda bildirilir ki, sözü gedən liseydə hər zaman olduğu kimi korrupsiya tuğyan edib. Hətta leseydə təhsil alan şagirdlərin valideyinlərdən müxtəlif bəhanələrlə 1000 manat rüşvət istənilib. Rüşvət yığımının səbəbi isə liseyin binasının təmiri və təsərrüfat xərcləri göstərilib.

Xatırladaq ki, bir neçə gün öncə Hesablama Palatası Azərbaycan Dillər Universitetində maliyyə pozuntuları aşkarladı. Palatanın keçirilmiş kollegiya iclasında isə qeyd olunub ki, Azərbaycan Dillər Universitetinin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurub. Bunları nəzərə alan kollegiya universitetdə aparılmış auditin nəticələri üzrə materialları Baş Prokurorluğa göndərməyi qərara alıb.

Geri qayıt