Əsas Səhifə > Güney Press / Manşet > NN ŞEFİ TAKSİ SÜRÜCÜLƏRİNƏ TƏZYİQ EDİR

NN ŞEFİ TAKSİ SÜRÜCÜLƏRİNƏ TƏZYİQ EDİR


21-09-2012, 16:15
NN ŞEFİ TAKSİ SÜRÜCÜLƏRİNƏ TƏZYİQ EDİR

ÇÜNKİ NAZİRİN ÖZÜ ÇƏTİN VƏZİYYƏTDƏ QALIB

DİA.AZ: - Son günlər nəqliyyat naziri Ziya Məmmədovun В«London taksiləriВ» ilə bağlı siyasətinin iflası sözün bütün mənalarında çılpaqlığı ilə meydana çıxmaqdadır. Belə ki, son olaraq 100-ə yaxın taksi sürücüsünün Ziya Məmmədovun baha tarifləri ilə çalışmaq istəmədiklərini elan etməsi də məsələnin pik nöqtəsi oldu.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, baş verənlər heç də hakimiyyətin yuxarı eşalonunun diqqətindən kənarda qalmayıb və hətta bununla bağlı Ziya Məmmədov danlanıb da. Mənbənin söylədikləri:

В«Ziya Məmmədovdan izahat istənilib. Nazir isə bunun qarşılığında məsələni araşdıracağına söz verib. Amma vəziyyət tamam əksinə olub. В«London taksiləriВ»ndən imtina etmiş sürücülərə indi də nəqliyyat nazirliyinin rəhbərliyi tərəfindən təzyiqlər edilir və onların mətbuat qarşısına çıxaraq dediklərinin əksini söyləməsi istənilirВ».

Mənbəmiz bildirdi ki, amma bunun özü belə Ziya Məmmədovun hədəf olmadan yayınmasına nədən olmayacaq: В«Artıq NN şefi hədəfdədir və bu gün qarajda onlarla yeni taksi ağzıgünə qalıb, sürücüsünü gözləyir. Hər halda, rəsmi Bakı bu məsələnin - havaya sovrulan pulların hesabatını tələb edəcəkВ».

Redaksiyamıza danışan taksi sürücülərindən biri isə bildirdi ki, NN müfəttişləri onları hədələyərək bir daha taksi xidməti üçün lisenziya ala bilməyəcəklərini və yenidən işlərinə qayıtmalarını tələb edirlər.

Geri qayıt