Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ HƏSƏNOV В«QASİDВ»İ NİYƏ ÇÖKDÜRÜB?

ƏLİ HƏSƏNOV В«QASİDВ»İ NİYƏ ÇÖKDÜRÜB?


21-09-2012, 13:52
ƏLİ HƏSƏNOV В«QASİDВ»İ NİYƏ ÇÖKDÜRÜB?

PA RƏSMİSİNİN QAZANCI 4 MİLYON MANATA ÇATIB

DİA.AZ: - Deyirlər, başqasının pulunu hesablamazlar. Amma biz bu dəfə ata sözündən çıxaraq Prezident Administrasiyasının çox hörmətli şöbə müdiri Əli Həsənov cənablarının təkcə son aylardat В«QasidВ» Mətbuat Yayımı firmasının çöküşü hesabına əldə etdiyi gəliri hesablamaq qərarına gəldik.

DİA.AZ-ın bu barədə apardığı araşdırmalardan da aydın olur ki, təkcə son bir il ərzində başında deputat Mirkazım Kazımovun dayandığı В«QasidВ»ə qarşı başlanan hücumlar nəticəsində sözügedən mətbuat yayımı firmasının fəaliyyətdə olan 380 köşkündən 230-u Əli Həsənovun zavalına gəlib. Yəni həmin köşklərin yerinə arxasında PA-nın şöbə müdirinin dayandığı В«Press KöşkВ»lər qoyulub.

Məlumatlara görə, təkcə son bir ay - avqust ayı ərzində В«QasidВ» firmasına məxsus 51 köşk В«plana salınıbВ». Təbii ki, bütün bunların nəticəsində В«QasidВ» firmasının yüzlərlə əməkdaşı da iş yerlərini itirməli olublar. Amma bizim bu dəfəki maraq dairəmizdə olanı məlum prosesdən PA-nın şöbə müdiri Əli Həsənovun hansı həcmdə qazanclı çıxmasıdır.

Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, hər bir yeni köşk üçün Əli Həsənovun adamları tərəfindən ən azından 10 min manat pul tələb olunub. Yəni yeni köşkə sahiblik edərək, ondan supermarket kimi istifadə etmək istəyənlər ən azından bu qədər pulu verməli olublar. Bu isə o deməkdir ki, Əli Həsənov təkcə В«QasidВ» firmasının köşklərinin yerinə yerləşdirdiyi yeni köşklərinin hesabına ən azından 2 milyon 300 min manat təmiz gəlir əldə edib.

Bu hələ harasıdır? Araşdırmalarımız nəticəsində aydın olur ki, yerləşdiyi əraziyə uyğun olaraq hər bir yeni köşkə aylıq haqq da qoyulub ki, bu haqqın da məbləği 1000-2500 manat arasıdır. Biz də minimal olaraq və yalnız son altı ayı nəzərə alaraq, apardığımız hesabalmalar nəticəsində öyrənə bildik ki, Əli Həsənovun bu yöndəki gəliri ən azından 1 milyon 380 min manatdır. Bildirək ki, bu məbləğ zaman keçdikcə daha da artmaqdadır.

Bu faktlardan da aydın olur ki, Əli Həsənov deputat Mirkazım Kazımovun firmasını çökdürməklə 4 milyon manata yaxın qazanc əldə edib ki, PA rəsmisinin bu gəlirinin müqabilində zərər görən əsas tərəflərdən biri də gözünü satışdan gələn pula dikmiş müstəqil və müxalif mətbuat nümunələridir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt