Əsas Səhifə > Güney Press / Manşet > AZƏRBAYCANIN BÜTÖVLƏŞMƏSİ AKSİYASI BAŞLADI
AZƏRBAYCANIN BÜTÖVLƏŞMƏSİ AKSİYASI BAŞLADI21-09-2012, 13:25 |
![]() GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ AYAQDA!!! DİA.AZ: - Şimali Azərbaycanda keçən əsrin sonlarına yaxın - Sovetlər Birliyinin dağılma ərəfəsində 1989-cu ildə baş verən hadisələrin anoloqu bu gün İran adlanan ərazidə yaşanmaqdadır. Bu barədə DİA.AZ-a Güney Azərbaycandan olan soydaşlarımız məlumat verib. Əldə etdiyimiz bilgilərdən aydın olur ki, bir müddət əvvəl Güney Azərbaycan ərazisində baş verən zəlzələ zamanı fars-molla rejiminin əsarəti altında saxladığı Azərbaycan türklərinə ögey və hətta düşmən münasibətinin aşkar surətdə ortaya çıxması 40 milyonluq soydaşlarımızın qəzəb və hiddətinə səbəb olub. Məlumatı verən mənbəmiz bildirir ki, neçə müddət idi Güney Azərbaycan türkləri arasında yaşanılan gərginlik bu gün səhər saatlarında özünü biruzə verməyə başlayıb: В«Təxminən 5 mindən artıq insan Şimali Azərbaycanla sərhədə doğru axışıb və İranın hüquq-mühafizə orqanları onların qarşısını zor gücünə almağa çalışdığı zaman toqqquşma yaşanıbВ». Onu da bildirək ki, bu barədə məlumatlar fars-molla mətbuatında yayımlanmadığından baş verənlərin gizli tutulmasına çalışıldığı bildirilir. Mənbəmiz onu da söyləyib ki, amma məsələ bununla bitməyəcək və daha böyük kütlələr Azərbaycanın bütövləşməsi tələbi ilə aksiya keçirməyə hazırlaşır. Aksiyaların Güney Azərbaycanın bir çox şəhərlərində də keçiriləcəyi istisna olunmur. Hər halda, bu gün İran adlanan ərazidə baş verənlərin SSRİ-nin çöküş ərəfəsini xatırlatdığını hər kəs etiraf edər… Geri qayıt |