Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: SOYDAŞIMIZA SUİ-QƏSDİ BİZİMKİ TƏŞKİL EDİB

ŞOK: SOYDAŞIMIZA SUİ-QƏSDİ BİZİMKİ TƏŞKİL EDİB


21-09-2012, 12:21
ŞOK: SOYDAŞIMIZA SUİ-QƏSDİ BİZİMKİ TƏŞKİL EDİB

ULYANOVSKDAN XƏBƏR VAR

DİA.AZ: - Ulyanovskda Azərbaycan diasporunun lideri İslam Hüseynova sui-qəsddə təqsirləndirilən şəxs qismində onun həmvətənləri Nahid Zahidov və R.Bağırov cəlb olunacaq. Onlar barəsində beynəlxalq axtarış elan ediləcək, bu barədə Rusiyanın İstintaq Komitəsi xəbər yayıb.

İstintaq məlumatlarına görə, Zahidovla Hüseynov arasında sui-qəsddən bir müddət əvvəl şəxsi münaqişə baş verib.

DİA.AZ bildirir ki, hadisə sentyabrın 11-də günorta saatlarında “Ümumrusiya Azərbaycan Konqresi”nin zərərçəkmişin rəhbərlik etdiyi Ulyanovsk şöbəsinin ofisində baş verib. İki cinayətkar Hüseynovun iş otağına daxil olub, onlar tapança çıxardıqda zərərçəkmiş və müavini, oğlu və mühafizəçi müqavimət göstəriblər.

Nəticədə icma lideri yüngül xəsarət alıb, mühafizəçi qətlə yetirilib, killerlər isə qaçmaq məcburiyyətində qalıblar. Bu zaman Zahidov pasportunu düşürüb.

Geri qayıt