Əsas Səhifə > Cəmiyyət > ABİDİN FƏRZƏLİYEV İKİ BİNANI SÖKÜR

ABİDİN FƏRZƏLİYEV İKİ BİNANI SÖKÜR


21-09-2012, 11:46
ABİDİN FƏRZƏLİYEV İKİ BİNANI SÖKÜR

ONLAR PREZİDENTİN EVİNİN YOLUNUN ÜSTÜNDƏ YERLƏŞİR

Nərimanov rayonu Fətəli xan Xoyski prospekti 93 ünvanında yerləşən iki beşmərtəbəli bina sökülür. Binada söküntü işləri bir neçə gündür ki, davam etdirilir. Artıq binanın bütün sakinləri köçürülüblər, onlara yeni mənzillər verilib. Sakinlər Modern.az saytına bildiriblər ki, sökülən evlərdən çıxarılanların hamısı Atatürk prospektində inşa olunmuş yeni çoxmərtəbli binadan tam təmirli mənzillərlə təmin olunublar.

Qeyd edək ki, sökülən binaların yerində park salınacaq və ətrafı abadlaşdırılacaq. Sökülən binalar prezident İlham Əliyevin iqamətgahıına gedən yolun üstündə yerləşir. Elə köhnə binaların sökülməsi də onların bu yolun üstündə yerləşməsilə əlaqədardır.

Geri qayıt