Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOVUN MÜAVİNİ DƏ ONA FIRILDAQ GƏLİR

CAVİD QURBANOVUN MÜAVİNİ DƏ ONA FIRILDAQ GƏLİR


21-09-2012, 09:16
CAVİD QURBANOVUN MÜAVİNİ DƏ ONA FIRILDAQ GƏLİR

BAŞIBƏLALI ASC PREZİDENTİ BİZNESİNİ VƏ PULLARINI İTİRƏ BİLƏR

DİA.AZ: - Son günlər Cavid Qurbanova qarşı hakimiyyət daxilində güclü təzyiqlər var. Artıq mediada onun haqqında səsləndirilən fikirlər də göstərir ki, "Azəryolservis"-in rəhbərinə kifayət qədər hakimiyyətdən təzyiqlər edilir. Ancaq buna baxmayaraq deputat sanki heç nə olmamış kimi öz biznes fəaliyyətini davam etdirir, ayrı-ayrı yerlərlərdəki obyektlərinin sayını durmadan artırır da.

Hətta Cavid Qurbanovun bu günlərdə «Binə», «Sədərək» kimi ticarət mərkəzlərinə alternativ yaratma təşəbbüslərində bulunduğu da söylənilir. Bu isə adamın yetərincə kapitala malik olmasından xəbər verməkdədir. Qeyd edək ki, Cavid Qurbanovun əsasən Sumqayıt ərazisində biznesi var və onu bu imkanlarının müqabilində Sumqayıtın əsas iqtisadi gücü də adlandırmaq olar. Hətta deyilir ki, Eldar Əzizov Sumqayıta rəhbər gəldikdən sonra ASC prezidentinə məxsus bir sıra obyektlərə «əl gəzdirmək» fikrinə düşsə də, sonradan «yuxarılar» onu bu təşəbbüslərindən çəkindirdilər.

Onu da bildirək ki, Cavid Qurbanovun biznesini onun müavini idarə edir ki, bununla da çox güman hörmətli deputatımız öz aləmində mandat sahibinin biznes fəaliyyəti ilə məşğul ola bilməməsi haqda olan hüquqi qadağaya riayət etdiyini göstərməkdədir.

Amma məsələ heç də göründüyü kimi sadə deyil. DİA.AZ-a bu barədə danışan bilgili qaynağın sözlərindən belə aydın olur ki, Cavid Qurbanov biznesdə nə qədər uğurlu bir şəxs olsa da, eyni zamanda həyatda sadəlövh birisi olması səbəbindən bütün işlərini həvalə etdiyi müavini tərəfindən aldadılır da. Xatırladaq ki, bu günlərdə Cavid Qurbanovun sürücüsü ilə bağlı şübhəli məlumatlar yayıldı. Bu barədə gedən xəbərlərdən də aydın olurdu ki, Mahir Lənkəranlı kimi tanınan Qurbanovun sürücüsü elə öz patronuna da kifayət qədər kəf gəlməyi bacarıb.

Məlumatlı mənbələrin bildirdiklərindən belə aydın olur ki, son günlər Cavid Qurbanovun mətbuatda hədəfə alınması və hətta onun görəvdən alınacağı, yerinə isə «Hafka» ləqəbli məşhur iş adamı Hafiz Məmmədovun gətiriləcəyi barədə xəbərlərin yayılması bu gün ASC prezidentinin biznesini yönəldən, Cavid Qurbanovun etibarlı sima kimi tanıdığı müavinini də fərqli-fərqli fikirlərə salıb.

Qeyd edək ki, redaksiyamıza həmin müavinin kimliyi barədə tam dolğun məlumatlar yaxın günlərdə veriləcək və bu səbəbdən hələlik onun adını açıqlamırıq. Mənbəmiz isə bildirir ki, Cavid Qurbanovun «vurulacağını» zənn edən müavini patronunun biznesini də mənimsəməkdədir. Mənbənin söylədikləri: «Məsələn, Cavid Qurbanova məxsus olan restoranlardan biri artıq müavinin yaxın qohumlarından birinin adına keçirilib».

İş tək bununla da bitmir. Mənbəmiz əlavə edərək bildirib ki, Cavid Qurbanovun etibar etdiyi müavini həmçinin şefinin biznesindən 350 min manata yaxın pulu da yoxa çıxarıb: «Cavid Qurbanov müavinini həmin məbləğlə bağlı sorğu-suala tutsa da, doğru-dürüst cavab ala bilməyib». Mənbənin sözlərinə görə, artıq bu hadisədən sonra müavini ilə ASC prezidentinin arası açılıb. Və əgər Cavid Qurbanov mövqelərini qoruya biləcəksə, o zaman o, müavini ilə yollarını mütləq ayıracaq.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir…

Geri qayıt