Əsas Səhifə > Güney Press / Manşet > OLİQARXLAR XALQI ÇÖRƏKLƏ SINAĞA ÇƏKİRLƏR

OLİQARXLAR XALQI ÇÖRƏKLƏ SINAĞA ÇƏKİRLƏR


20-09-2012, 16:47
OLİQARXLAR XALQI ÇÖRƏKLƏ SINAĞA ÇƏKİRLƏR

UNUN BAHALAŞMASINDA KİMLƏR MARAQLIDIR?

DİA.AZ: - Bakının bir sıra mağazalarında çörəyin qiyməti qalxıb. Bəzi mağazalarda qiyməti 30 qəpiyə olan çörəyin axşamdan 35 qəpiyə satıldığı müşahidə edilib. Unun qiymətində də artım müşahidə olunub.

Jurnalistlərin bir neçə dəyirmanda apardığı müşahidələr zamanı məlum olub ki, əgər 2 ay bundan əvvəl 1 kisə unun qiyməti 17 manat 50 qəpik idisə, indi 19 manat 50 qəpik olub. İstehsalçılar bahalaşmaya səbəb kimi xarici ölkələrdə hökm sürən quraqlıqla bağlı idxal olunan buğdanın bahalaşmasını göstərir.

Qeyd edək ki, çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar siyasəti xidməti vaxtaşırı olaraq çörəyin qiyməti ilə bağlı monitorinq keçirir.

Onu da bildirək ki, un biznesi bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əlindədir və bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbələr iddia edir ki, bazardakı son bahalaşma da birbaşa olaraq oliqarxların diqtəsi ilə baş tutub.

Əslində prezident seçkiləri ərəfəsində müşahidə olunan belə bir bahalaşmanın ümumiqtidar maraqları üçün heç də arzuolunan olmadığını hər kəs bilir. Amma buna rəğmən bu gün hakimiyyətin əsas iki simasının monapoliyası altında olan un biznesində qiymət artımı müşahidə olunur ki, bu da daha çox iqtidariçi qovğaların təzahürü kimi dəyərləndirilməlidir.

Məhz bu məqama diqqət ayıran mənbəmizin sözlərinə görə, gələn ilin yanvar ayından etibarən unun qiymətində ciddi bahalaşma gözlənilir: В«Çünki Mehdiyevlə Heydərovun dəyirmanları arasında anlaşma əldə olunub və qiymətlər qalxacaqВ».

Geri qayıt