Əsas Səhifə > Güney Press / Manşet > HANSI MƏMURUN QOLLARI QANDALLANA BİLƏR?
HANSI MƏMURUN QOLLARI QANDALLANA BİLƏR?20-09-2012, 13:40 |
![]() HAKİMİYYƏTİN YENİ ANTİKORRUPSİYA SEZONU İLƏ BAĞLI ŞOK GƏLİŞMƏ DİA.AZ: - Rəsmi Bakı yeni antikorrupsiya sezonuna tədarük görür. Bu barədə DİA.AZ-a diplomatik mənbələrdən xəbər verilib. Əldə etdiyimiz informasiyada qeyd olunur ki, bu günlərdə Bakıda olan Dünya Bankının emissarları ilə çox mühüm anlaşmalar əldə olunub və bu anlaşmaya uyğun olaraq Azərbaycana əlavə olaraq korrupsiyaya qarşı mübarizədə 3 illik fəaliyyət proqrammı üçün 2 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Xatırladaq ki, bir neçə gün əvvəl DB nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqların getməsilə bağlı xəbər vermişdik. Son məlumatlardan isə aydın olur ki, rəsmi Bakı DB elçiləri qarşısında daha samballı antikorrupsiya tədbirləri ilə bağlı öhdəlik götürüb: В«Öhdəliyə uyğun olaraq korrupsiya ilə mübarizə prosesi dövlət qurumlarının üst düzəyinə qədər inkişaf etməlidir. Yəni burada söhbət yüksək ranqlı məmurların da cəzalandırılmasından gedirВ». В«Kim həbs olunacaqВ» sualının cavabında isə mənbəmiz bildirdi ki, bunu yaxın gələcək göstərəcək: В«Kimlərin ki, mövqeləri zəifdir, onların qurban verilməsi labüd olacaqВ». Mənbəmiz onu da əlavə etdi ki, hakimiyyət DB nümayəndələrinə korrupsiyaya qarşı mübarizə ilə bağlı hesabatına 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs edilmiş keçmiş səhiyyə naziri Əli İnsanovla, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin adlarını da daxil edib. Yəni hər iki eks-nazir korrupsioner kimi göstərilib və onların həbsinin korrupsiya ilə mübarizə nəticəsində baş tutduğu qeyd olunub. Halbuki onların həbslərinin motivi kimi ilkin olaraq В«dövlət çevrilişinə cəhdВ» etmələri göstərilirdi… Geri qayıt |