Əsas Səhifə > Cəmiyyət, Manşet > XAÇMAZIN İCRA BAŞÇISI NƏDƏN TOXUNULMAZDIR?

XAÇMAZIN İCRA BAŞÇISI NƏDƏN TOXUNULMAZDIR?


20-09-2012, 12:12
XAÇMAZIN İCRA BAŞÇISI NƏDƏN TOXUNULMAZDIR?

ŞƏMSƏDDİN XANBABAYEVLƏ BAĞLI İLGİNC FAKT

DİA.AZ: - Bu gün elə icra başçıları var ki, özlərini Bağdadın kor xəlifəsindən də ötə azad və sərbəst hiss edirlər. Onlardan biri də Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevdir. Bildirək ki, onun hakimiyyətin çox yüksək dairələri ilə əlaqələrinin olduğu söylənilir və məhz bu səbəbdən icra başçısı rayonda istədiyini edir və nəticədə cəzasız qalır.

DİA.AZ-a bu barədə danışan mötəbər mənbə iddia edir ki, aktivində hətta iki ölüm işi olan Şəmsəddin Xanbabayev hətta Bakıdakı bəzi məmurların sözlərini belə qulaqardına vuracaq qədərində toxunulmazdır: «Konkret olaraq Xaçmaz bazarının sahibəsini ölümündə, sonradan isə onun qızının intihar kimi qələmə verilən ölümündə Şəmsəddin Xanababayevin adı hallandı. Və belə xəbər yayıldı ki, əslində anasının başına açılan oyunları mətbuata çıxarması səbəbindən qızı da o dünyalıq edilib. Amma kimsə bu işi araşdırmadı və digər qohumları da bu məsələnin üzərinə yeriməkdən ehtiyatlandılar».

Şəmsəddin Xanbabayevlə bağlı ittihamların, şikayət məktublarının bir kənara atıldığını söyləyən mənbəmiz onu da vurğuladı ki, günlərin birində Xaçmazda da Qubadakı 1 Mart olaylarının bənzəri təkrarlanarsa, kimsə buna təəccüblənməməlidir: «Çünki icra başçısı artıq belə bir zəmini hazırlamaqdadır. Var-yoxu əlindən alınan yerli sahibkarlar, haqqı hər addımda tapdanan narazı xaçmazlılar münasib annı gözləyirlər ki, Şəmsəddin Xanbabayevin evini atəşə versinlər».

Geri qayıt