Əsas Səhifə > Hadisə > GÜLƏR ƏHMƏDOVA 2 MİLYON DOLLAR RÜŞVƏTLƏ BAĞLI DANIŞDI
GÜLƏR ƏHMƏDOVA 2 MİLYON DOLLAR RÜŞVƏTLƏ BAĞLI DANIŞDI20-09-2012, 10:58 |
“ALLAH BAZAR VERMƏSİN” Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin millət vəkili Gülər Əhmədova haqqında mətbuatda dərc olunan bəyanatı deputatı hövsələdən çıxarıb. Belə ki, deputat Gülər Əhmədova Elşad Abdullayevin bəyanatını yayan bəzi KİV-ləri və jurnalistləri sərt ittiham edib. Modern.az-ın məlumatına görə, millət vəkili bununla bağlı özünün Facebook səhifəsində yazıb: “Deyir əvvəl danışan bilsə ki, sonra danışan nə deyəcək? Bir az bundan qabaq da sinəsinə döyənlər, "mən haqqam" deyənlər hansı rəzilliyi müdafiə etdiklərini bilib susublar. Yenə başladılar, 5- 10 manat alıb şər kampaniyasina qoşulmağa! Amma qınamıram, bəzi zurnalistləri kimliyindən asılı olmadan pulunu alıb, yəni səhifəsini, yerini satır, yazısını qoyur. Allah bazar verməsin, zurnalistlər”. Qeyd edək ki, fəaliyyəti dayanan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev millət vəkili Gülər Əhmədovadan Baş Prokurorluğa şikayət edib. E.Abdullayev deputatı 2 milyon dollar rüşvət almaqda ittiham edib. Geri qayıt |