Əsas Səhifə > Siyasət, Manşet > İQTİSAD UNİVERSİTETİNDƏ BAZAR QAYDALARI

İQTİSAD UNİVERSİTETİNDƏ BAZAR QAYDALARI


20-09-2012, 10:30
İQTİSAD UNİVERSİTETİNDƏ BAZAR QAYDALARI

DEPUTAT-REKTORUN AYRICA PULYIĞANI, QİYMƏT DANIÇANI DA VAR İMİŞ

DİA.AZ: - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev korrupsiyada ittiham edilir. DİA.AZ-a rektorun sabiq müşaviri professor Bədirxan Musayevin bildirdiyinə görə, hər il universitetin Dərbənd filialına testdən kənar 600-700 tələbə qəbul olunur və sonradan böyük pullar hesabına həmin tələbələr İqtisad Universitetinə köçürülür. Sabiq müşavir deyir ki, əslində tələbələr Dərbəndə getmir, elə hər şey Bakıda həll edilir. Sadəcə Şəmsəddin Hacıyevə rüşvət verməklə işi bitirmək olur. Bədirxan Musayevin sözlərinə görə, rüşvətin alınmasında birbaşa Şəmsəddin Hacıyev özü iştirak etmir. Bunu rektorun “pul yığanı” kimi ad çıxarmış və univeristetin ictimaiyyətlə əlaqələr şöbəsini rəhbəri, həmçinin Şəmsəddin Hacıyevin köməkçisi Zəfər Babayev həyata keçirir. Zəfər Babayev xüsusilə Dərbənd və Dağıstan universitetlərindən köçürülən şəxslərin hansı ixtisasa yiyələnmək istəyini müəyyən etdikdən sonra onlardan müxtəlif məbləğlərdə pul alınır.

Professor Bədirxan Musayev qeyd edir ki, Şəmsəddin Hacıyev təzə rektor olanda tələbə köçürmələri 10 min manata başa gəlirdi. Dövlət İqtisad Universitetini korrupsiya yuvasına çevirən Şəmsəddin Hacıyev sonradan qiymətləri 30-35 min manata qaldırıb. Əvvəllər universitetin gündüzünə qeyri-qanuni köçürmələr yox idisə indi artıq bu öz həllini tapıb.

Bundan əlavə daxil olan məlumatlarda qeyd edilir ki, sözü gedən univerisitetə tələbələr dərsə gəlməsə də olar. Bunun müqabilində Şəmsəddin Hacıyevin “pul yığanına” görüm-baxım etmək kifayyət edər. Məlumatlarda qeyd edilir ki, tələbənin il boyu dərslərdə iştirak etməməsi üçün 3000 min manat rüşvət alınır. Bunu isə tələbələrin müəyyən faizini, guya imtiyazlı qruplara aiddir, yaxud da məcburi köçkün ailələrinin övladları kimi göstərilir. Məlumatlarda universitetdə baş verən digər qanunsuzluqlara da toxunulur. Sözü gedən univerisitetdə artıq 2000 nəfərdən şox tələbənin magistr olması barədə siyahı tutulub. Onların da əksəriyyəti Dərbənd və Dağıstan universitetlərindən köçürülən şəxslərdir.

Məsələ ilə bağlı Şəmsəddin Hacıyevin köməkçisi Zəfər Babayevlə əlaqə yaratmaq istədik. Zəfər Babayevin mobil telefonuna dəfələrlə zəng vursaq da bizə cavab verən olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt