Əsas Səhifə > Gündəm, Manşet > ORTA MƏKTƏBLƏRDƏ PRİNTER ÜÇÜN PUL YIĞILIR
ORTA MƏKTƏBLƏRDƏ PRİNTER ÜÇÜN PUL YIĞILIR20-09-2012, 09:53 |
MİSİR MƏRDANOVUN KURİKULİUMU DEYƏSƏN, ÖZ «BƏHRƏSİNİ» VERİR DİA.AZ: - Hələ yeni tədris ilinin əvvəllərindən təhsil nazirliyinin yetkililəri böyük-böyük açıqlamalar verərək bildirirdilər ki, bəs dərs kitabları pulsuz paylanılacaq. Amma dərslər başlayanda məlum oldu ki, TN nümayəndələri bu dəfə də əhali ilə rəsmən məzələniblər. Çünki bu gün orta məktəblərdə dərsliklərin hətta birinci sinif şagirdlərinə də satıldığı faktdır. Pərvanə adlı oxucunun verdiyi məlumata görə, onun qızı 267 saylı məktəbin 4-cü sinfinə gedir. Artıq 3 dərs günü keçsə də, Azərbaycan dili və musiqi kitabından başqa kitab verməyiblər. Məktəbdən kitabların şagirdlərin özləri tərəfindən alınması tapşırılıb. Onu da bildirək ki, bu da hamısı deyil. DİA.AZ-a müraciət edən valideynlərdən biri isə bildirdi ki, artıq üçüncü dərs günündə birinci sinfə gedən övladının müəlliməsi artıq bazar açıb: «Bizi valideyn iclası adı altında məktəbə çağırdı. Biz də düşündük ki, görəsən, nəsə baş verib. Amma baş verən o imiş ki, müəllim məkitəb direktorunun ismarıcını çatdırmalı imiş». Valideyn deyir ki, ibtidai sinif müəlliməsi iş dəftərlərinin ləğv edildiyini desə də, onlardan yenə də istifadə olunduğunu söylədi: «Yəni iş dəftərləri əslində rəsmən ləğv edilib və faktiki olaraq istifadə olunur. Bizə həmin dəftərləri almağı tapşırmaqla yanaşı, bizdən müxtəlif bəhanələrlə pul da istədi. Yəni guya ki, hər şey övladlarımızın gələcəyi üçündür». Ən maraqlısı isə odur ki, təhsildə rüşvətə qarşı mübarizə apardığını bəyan edən təhsil naziri Misir Mərdanovun orta məktəbinin müəllimləri valideynlərdən printer pulu da istəyiblər: «Biz printerin nəyə lazım olduğunu soruşduqda, bizə bildirdi ki, həmin printerlə kurikulium sisteminin tələb etdiyi dərs ləvazimatlarını çap etməlidirlər». Bərəkallah! Bu idimi Misir Mərdanovun bəh-bəhlə danışdığı Boloniya sistemi, kurikulium metodu?... Geri qayıt |