Əsas Səhifə > Ölkə > “ODLAR YURDU”NUN LİSENZİYASI LƏĞV EDİLDİ
“ODLAR YURDU”NUN LİSENZİYASI LƏĞV EDİLDİ1-11-2011, 11:37 |
HƏLƏLİK KOLLECİN, SIRA UNİVERİSTETİN ÖZÜNƏ DƏ ÇATA BİLƏR “Odlar Yurdu” Universitetinin nəzdindəki Orta İxtisas Təhsili Kollecinin lisenziyası ləğv edilib. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, Akkreditasiya Şurasında kollecin fəaliyyət müddətinin uzadılması məqsədəuyğun hesab edilməyib: “Kollecin fəaliyyəti dayandırılmışdı və son illər ora tələbə qəbulu aparılmırdı. Amma lisenziyası qalırdı. Artıq təhsil müəssisəsi özü könüllü olaraq fəaliyyətini tam dayandırdı”. Qeyd edək ki, “Odlar Yurdu” Universitetinin və onun nəzdindəki Tam Orta Təhsil İnnovasiyalar Məktəbinin lisenziyasının müddəti isə növbəti dəfə 5 il müddətinə uzadılıb. Geri qayıt |