Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: ORTA RANQLI MƏMURLARDAN PUL TOPLANILIR

ŞOK: ORTA RANQLI MƏMURLARDAN PUL TOPLANILIR


20-09-2012, 09:19
ŞOK: ORTA RANQLI MƏMURLARDAN PUL TOPLANILIR

HAKİMİYYƏT SANKİ SON GÜNLƏRİNİ YAŞAYIRMIŞ KİMİ DAVRANMAQDADIR

DİA.AZ: - Hakimiyyət daxilində yeni pultoplama kampaniyasına start verilib. Bu barədə şok məlumatı DİA.AZ-a hökumət içindəki məlumatlı mənbələrdən ötürüblər. Redaksiyamıza danışan qaynaq iddia edir ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Nazir Kabinetinin, Prezident Administrasiyasının, ayrı-ayrı nazirliklərin, dövlət komitələrinin və digər üst dövlət qurumlarının orta ranqlı əməkdaşlarının hər birindən «seçki pulu» adı altında rəhbərliklər tərəfindən 10-20 min manat arası vəsait istənilir.

Mənbəmiz bildirir ki, təxminən 2000 nəfərlik heyət hədəfə alınıb: «Yığılacaq pulun miqyasının çox böyük olduğu diqqətçəkicidir. Təxminən 20-40 milyon manat arası vəsait edir ki, bu qədər pula az qala 10 seçki kampaniyasını böyük uğurla həyata keçirmək olar».

Əslində bu kimi davranışları ilə hakimiyyətin öz daxilində çaşdırıcı gərgin atmosfer yaratdığını bildirən mənbəmiz onu da vurğuladı ki, hər kəsdə sanki hakimiyyətin sonudur - təəssüratı yaranıb: «Əslində elə davranırlar ki, sanki hakimiyyət öz son günlərini yaşayır və nəyin bahasına olursa-olsun pul qoparma marağından çıxış edir. Təbii ki, belə bir əhval-ruhiyyə məmur korpusuna hakim kəsilərsə, o zaman 2013-cü il seçkiləri YAP iqtidarı üçün heç də uğurlu sonluq vəd etməyə bilər».

Mənbəmiz onu da bildirdi ki, belə bir gərgin ovqat məmur korpusuna ərəb inqilabları dönəmində də hakim kəsilmişdi.

Geri qayıt