Əsas Səhifə > Gündəm, Manşet > FRANSADA SOYDAŞLARIMIZA CİNAYƏT İŞİ AÇILIB

FRANSADA SOYDAŞLARIMIZA CİNAYƏT İŞİ AÇILIB


20-09-2012, 08:54
FRANSADA SOYDAŞLARIMIZA CİNAYƏT İŞİ AÇILIB

SEPARATÇI REJİMİN TURİSTİK SƏRGİDƏKİ POSTERİNİ POLİSLƏR QORUYUR

DİA.AZ: - Fransada daha bir erməni təxribatı ilə üz-üzə qalmışıq. Bildirək ki, bu təxribatın ayaq tutub yeriməsində rəsmi Parisin də müstəsna xidmətləri var. Söhbət hər il təşkil olunan «Top Resa 2012» turist sərgisindən gedir.

DİA.AZ-ın Fransadakı soydaşlarımızdan əldə etdiyi informasiyalardan aydın olur ki, 18 sentyabr tarixindən etibarən açılan turist sərgisində Ermənistana məxsus pavilyonda Dağlıq Qarabağdakı separatçı rejim üçün də ayrıca poster yerləşdirilib. Yəni Azərbaycanın tarixi əraziləri bir erməni ünvanı kimi «Top Resa 2012»də sərgilənməkdədir.

Xatırladaq ki, həmin ərəfədə prezident İlham Əliyev də Parisdə olub. Amma buna rəğmən ermənilərin turist sərgisindəki təxribatının qarşısı Fransa hökuməti tərəfindən alınmayıb. Azərbaycanın Fransadakı səfirliyinin israrlı tələbləri də rəsmi Parisin hərkətə keçməsinə nədən olmayıb.

Soydaşlarımız redaksiyamıza bildirirlər ki, belə olan təqdirdə bir qrup azərbaycanlı həmin pavilyona hücum ediblər: «18 sentyabr tarixində ermənilərin pavilyonuna hücum etdik və separatçı rejimə aid posterlə yanaşı, Ermənistana aid posteri də darmadağın etdik. İndii bir neçə azərbaycanlıya qarşı Fransa polisi tərəfindən cinayət işi açılıb».

Hazırda ermənilərə məxsus posterin bərpa olunduğunu bildirən soydaşımız onu da vurğuladı ki, yeni hücum planlaşdırırlar: «Amma polis ermənilərin posterini güclü şəkildə mühafizə edir. Onlar da Azərbaycan ərazilərini erməni turistik məkanı olaraq təqdim edirlər. Yəni bu işdə əslində günahkar olanı Fransa hökumətidir ki, rəsmi Bakı nədənsə Parisə layiqli reaksiyanı vermir».

Geri qayıt