Əsas Səhifə > Güney Press / Manşet > YENİ TƏHSİL NAZİRİMİZİN KİMLİYİ BƏLLİ OLDU

YENİ TƏHSİL NAZİRİMİZİN KİMLİYİ BƏLLİ OLDU


19-09-2012, 16:25
YENİ TƏHSİL NAZİRİMİZİN KİMLİYİ BƏLLİ OLDU

MİSİR MƏRDANOVUN YERİNƏ NƏRGİZ PAŞAYEVA TƏYİN OLUNUR

DİA.AZ: - Düz bir il əvvəl tədris ilinə bir gün qalmış üç müavini işdən azad olunan təhsil naziri Misir Mərdanovun durumu bu bir il ərzində olduqca gərgin keçdi. Bu arada isə az qala hər gün bir səlahiyyətini, bir gəlir sahəsini itirən TN şefinin haqqında daha bir şok məlumat ortaya çıxıb.

Etibarlı mənbədən DİA.AZ-a daxil olan məlumata görə, M.Mərdanovun artıq vəzifəsindən azad olunması məsləsi həll olunub.

Bu vəzifəyə yaxın günlərdə yeni təyinat olacaq.

Mənbənin bildirdiyinə əsasən, M.Mərdanovun yerinə hazırda Moskva Dövlət Universitetinin Bakı filalının rektoru olan Nərgiz Paşayeva təyin ediləcək.

Geri qayıt